Gülüstan türbəsi bərpa olunur

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” 2015-ci il 7 oktyabr tarixli Sərəncamına uyğun olaraq Culfa rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən dünya əhəmiyyətli Gülüstan türbəsində bərpa işləri aparılır.
Adalet.az xəbər verir ki, noyabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gülüstan türbəsində bərpa işlərinin gedişi ilə maraqlanıb.
Məlumat verilib ki, on ikinci əsr Azərbaycan xatirə memarlığının ən dəyərli nümunələrindən olan və qülləvari türbələr qrupuna daxil edilən abidə sərdabə, gövdə və üst piramidal örtükdən ibarətdir. Abidənin sərdabəsi yerüstü hissədə yerləşir. Türbənin səthi oyma həndəsi ornamentlərlə və dekorativ tağlarla çərçivələnib.
Türbədə bərpa işlərinin elmi əsaslarla aparılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşlarından ibarət "Gülüstan türbəsi” tədqiqat qrupu yaradılıb. Hazırda bərpa işləri elmi əsaslarla aparılır, Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarı olan abidənin tarixi görkəmi olduğu kimi qorunub saxlanılır. Bu günədək türbənin fasadı və üst örtüyü bərpa olunub.
Ali Məclisin Sədri Gülüstan türbəsində bərpa işlərinin davam etdirilməsi, abidənin ətrafının abadlaşdırılması və ziyarətçilər üçün şəraitin yaradılması barədə tapşırıqlar verib.
Digər Xəbərlər

Bu gündən qohum evliliyi QADAĞAN EDİLİR

İyulda 40 dərəcə isti olacaq - AYLIQ PROQNOZ
jpg-1751274515.jpg)
Gəncədə ziyarət kimi görüşlər: Qazilər, şəhid ailələri və...

Yağıntılı və küləkli hava müşahidə olunur - FAKTİKİ HAVA

Azərbaycanda qadınların pensiya yaşı artırılır

Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
jpg-1751182392.jpg)
Vətəni təmənnasız sevməyin bədəli: Yelmar Məmmədovun doğum gününə...
