adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Aprel 2019 15:24
31495
ŞOU-BİZNES

Gülüstan Əliyeva: "Sənətdən uzaq adamların məşhurlaşmasının günahkarı televiziyalardır"

Tanınmış xanəndə, əməkdar artist Gülüstan Əliyeva"Ədalət" qəzetinin sualların cavablandırıb.

- Gülüstan xanım, xeyli müddətdir ki, efirdə sizigörmürük. Özünüz efirə çıxmaq istəmirsiniz, yoxsa dəvətlərin sayı azalıb?


- Dəvət edildihyim efirləri seçim edərək gedirəm, iştirak edirəm. Bu, həm dəbizim işimizin bir hissəsidir. Eyni zamanda Dövlət Opera və Balet Teatrındatamaşalarım olur, Milli Konservatoriyada dosentəm, müəllim kimi fəaliyyətimidavam etdirirəm, yeni mahnılar yazdırıram.

- Yəqin ki, bütün bunları eyni vaxtda etmək elədə asan deyil.

- Əlbəttə, asan deyil. Amma yaradıcı insan üçünbelə də olmalıdır.

- Amma bir çox məşhur sənətkarların, məsələn,Habil Əliyevin, Zeynəb Xanlarovanın, Rasim Balayevin tələbələri olmayıb...

- Bəli, sadaladığınız sənətkarlar pedaqoq kimifəaliyyət göstərməyiblər. Müəllimlik etmək həm çox çətindir, həm də vaxt aparanişdir. Yaradıcılığa daha çox yer ayıran sənətkarlarda pedaqoqluq fəaliyyətiikinci plana keçir, yaxud ümumiyyətlə məşğul olmurlar. Çünki daim qastollar,konsertlər pedaqoji fəaliyyətlə bir araya çətin sığışır.

- Belə anladım ki, sizin də pedaqojifəaliyyətiniz yaradıcılığınıza təsirsiz ötüşmür.

- Artıq on altı ildir ki, müəllim kimi fəaliyyətgöstərirəm. Konsertlər, səfərlər olanda qaydalar çərçivəsində bizə az da olsa,güzəştə gedilir.

- Son illərdə o qədər də keyfiyyətli olmayanmusiqilər tez populyarlaşır, ajiotaj yaradır. Hətta ən yüksək qonorarlıməclislərə də belə ifaçılar dəvət alırlar...

- Bütünün dövrlərdə belə olub. Amma hər bir haldaciddi musiqini qavrayan, başa düşən dinləyicilər belə "musiqilərə" nəöz ailə şənliklərində, nə də digər yerlərdə üstünlük vermirlər, dinləmirlər. Bugün informasiya vasitələri, sosial şəbəkələr o qədər artıb ki, həmin ciddiolmayan sənətin nümayəndələri bu imkanlardan yaxşı istifadə edirlər. Görürsənki, sosial şəbəkədə süni baxış sayı, səs çoxluğu yaradırlar. Bununla dadinləyici, tamaşaçı cəlb edirlər.

- Bir məqamda sizinlə razı deyiləm. Sizə eləgəlmirmi ki, qeyri-ciddi sənət nümanələrinin ön cərgələrdə yer almağındasənətkarlarn da təqsiri, səhvi var?

- Sənətkarların yox, medianın, televiziyalarıngünahı var. Biz nə qədər yazıb pozsaq da, televiziyalar belə insanların tamaşaçıyatəqdim olunması üçün böyük arenalar açır.

- Niyə sənətkarlar televiziyalar üçün dahamaraqlı ola bilmirlər?

- Özəl kanallar kommersiya xarakterli olduğu üçünhəmin ifaçılar pullarını verib efirə çıxırlar. Efirlər də, kliplər də, sosialşəbəkələr də pulludur. Yəni, baxış sayını artırmaq üçün pul ödəməlisən.

- Siz özünüz nə zamansa pul verib efirəçıxmısınızmı?

- Heç vaxt elə şey olmayıb. Çoxçətinliklə, illərimizi verərək bu yerə gəlmişik. Bizim otuz ilə qazandığımızıdünənki müğənni 3-5 ilə qazanır. Bu, bizim üçün də acınacaqlıdır, xoş deyil.Amma onlarla bizim fərqimiz var. Biz Azərbaycan musiqisi, mədəniyyəti,incəsənəti üçün çalışırıq, onlar isə hansısa məqamdan istifadə edərək pulqazanirlar.

- Sizcə, sənətkarlarteleviziyaları boykot edə bilərlərmi?

- (gülür). Bu, mümkün deyil .Axıefirlər təkcə üzdəniraq verilişlərdən ibarət deyil. Orada baxımlı, sanballıverilişlər də var. Biz də məhz o verilişlərin dəvətini qəbul edirik. Sizdediyiniz forma mümkünsüzdür. Sənətdəki təsadüfi adamları teatrın səhnəsindəkidekorasiyalara bənzədirəm. Aktyorlar, sənətkarlar eyni olur, dekorasiyalar isəhər tamaşada dəyişilirlər. İllər ötür, həmin sənətkarlar yadda qalır, ammadekorasiyaları heç kim xatırlamır.

- İllər öncə xanəndələrin şəxsihəyatları daha qapalı idi. Amma indi xanəndələr də sosial şəbəkədə nəyediklərini, nə içdiklərini paylaşırlar. Məsələn, siz "İnstagram"səhifənizdə müxtəlif firmalara məxsus libasları paylaşırsınız. Sizcə, bu kimihallar ifaçını adiləşdirmir ki?

- Əsla adiləşdirmir, amma yeyilibi içilənləripaylaşmağın əleyhinəyəm. İnsanın şəxsi həyatı özünə aiddir. Amma səni sevəninsanlar bu gün nə işlə məşğul olduğunu bilmək istəyirlər. Bizim də həyatımızınsosial tərəfiylə yanaşı, maddi tərəfləri də var. Məsələn, hansısa şirkət, qurummaraqlıdır ki, tanınmış sənətkar onun məhsulunu, məkanını reklam etsin. Mənimdə bu mənada bir sıra müqavilələrim var. Niyə biz bu kimi kommersiya xarakterlişeylərdən kənarda qalaq?

- Son olaraq gənc xanəndələrlə bağlı bir məqamısoruşmaq istərdim. Gənc ifaçıların davranışından razısınızmı?

- Davranışları pis deyil, amma daha da yaxşı olabilər. Bu gün sənət aləminə baxsaq, digər sahələrdəki, janrlardakı gənclərləmüqayisədə muğam sənətini təmsil edən gənclərimiz daha yaxşıdırlar. Həmişəolduğu kimi muğam ifaçıları olan gənclərimizin davranışlarını daha çoxbəyənirəm və onlar digər janrlardan irəlidədirlər. Bizim də onlara hər zamandəstəyimiz, tövsiyyələrimiz var.


İntiqam VALEHOĞLU