adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Aprel 2019 17:49
18277
ƏDƏBİYYAT

Gülsatan - Adəm Asnı yazır

(hekayə)

LesnoyRusiyanın şimalında, çox da böyük olmayan, lakin iri sənaye müəssisələri vəböyük elmi araşdırmalarla məşğul olan elm ocaqları ilə məşhur təmiz, gözəl,qışı soyuq, yayı sərin keçən şəhərdir.

Samidüçüncü il idi ki, Lesnoydaidi. Azərbaycandan hüquq universitetində oxumağa göndərilmişiki nəfərdən, daha doğrusu artıq elə bir nəfərdən biri idi. İkinci tələbə təhsilininikinci ili öz ərizəsi ilə universitetdən xaric edilmişdi.

Samidyaxşı oxuduğuna, bütün imtahanları əla qiymətlərlə verdiyinə, nümunəvidavranışına görə müəllimlərin də, tələbə yoldaşlarının da rəğbətini qazanmışdı.

8Mart qadınlar günü idi və Rusiyada bu bayram həmişə xüsusi bir təntənə ilə qeydedilirdi. Samid və qrup yoldaşları səhər-səhərməsləhətləşib qərara aldılar ki, kimin nəyə gücü çatırsa pul toplayıb qadın müəllimlərinitəbrik etmək üçün gül alsınlar. Cəmi dörd nəfər qadın müəllimləri var idi və hərəsinəheç olmasa üç dənə gül almaq qərarına gəldilər. Universitetin qarşısındakımaşın yolunu keçən kimi dörd tərəfi açıq, üstüörtülü, haradasa üç metrin dördmetrəyə qədər ölçüsü olan, içərisində uzun stollar düzülmüş gül satılan yer varidi. Və burada adətən, demək olar ki, elə həmişə digər millətdən olan şəxslərgül satardılar. Tələbə yoldaşları toplanan pulu Samidə verib xahiş etdilər ki,gül almağa o getsin. Heç vaxt zarafatından qalmayan Aleksey:

- Həmyerlilərindirdə, get öz dilinizdə başa sal ki, tələbəyik, pulumuz yoxdur, bəlkə ucuz verdilər.

Samidgül satılan yerə gəlib güllər düzülmüş ctollara yaxınlaşan kimi gülsatanlardan elətəxminən Samid yaşda, ya bəlkə uzağı bir-iki yaş ondan böyük olanbiri sanki milliyətinisifətindənoxuyub Azərbaycan dilində onu səslədi:

-Gəl, qardaş, gəl. Tər-təzə güllərdir. Axşam dərib, səhər reysi ilə göndəriblər.Bu güllərdən həm də Azərbaycanın ətrini alacaqsan.

Doğmadilində danışıq eşitmək bu dil üçün qəribsəmiş Samidiaz qala kövrəldəcəkdi. Fərəhləonu səsləyən cavan oğlana yaxınlaşdı. Fikirləşdi ki, yəqin gül üçün pul versəoğlan "ayıbdır, yerliyik” deyə inciyəcək, o da aparıb qürurla pulu elə Alekseyəverib deyəcək "nahaq lağ edirdin, di al, istəyirsiniz uşaqların pullarınıqaytarın, istəyirsiniz bir çay süfrəsi təşkil edək.” Amma hər halda eşitdirməklazım idi. Və gülsatana dedi:

-Salam, qardaş, qərənfillər neçəyədir?

-Sənə biri iki yüz rubldan verərəm.

-Belə baha niyə?

-Nə? Baha? Bizim pulla altı manat eləyir də. Qaradaş, sənə belə verərəm eey...Yarımca saat burada gözlə gör bu güllərdən bircəciyi qalacaqmı, gör birini üçyüz,üçyüzəllli rubldan aşağı verirəm heç? Başqa vaxt olsaydı deyərdim hə. Bu günbayramdır eey. Ən kasıb rus da bu gün gül almaq üçün pul əsirgəmir.

-Ay qardaş, tələbəyəm, elə biz də uşaqlarla pul yığmışıq ki, gül alıb müəllimimizitəbrik edək. İkiyüz rubldan versən, pulum çatmır. Cəmisi ikimin rublumvar.

-Neçə qadın müəlliminiz var ki?

-Dörd nəfərdilər.

-Niyə çatmır ki? Gərək elə üç dənədən ola? Hərəsinə ikisini al.

-Yox, uşaqlarla qərara almışıq ki, üç dənədən alaq.

-Əşşi, ruslarda əsas diqqətdir. Çox adam elə birini alır.

-Qardaş, dördyüz rublum çatmır da, nədir ki, bizim pulla oniki manat edir də...

-Mən elə onsuz da sənə hörmət edib ucuz verirəm də. Bir də ki, hərə beş-on manatkəsir versə mənim burada qazancım nə oldu ki?

Samidfikrə getdi. Nə edəcəyini bilmirdi. Tələbə dostları ona gülməyəcəkdilərmi?Düzdür, hamı onunla mehriban idi. Ancaq zarafatları da olurdu. Kim də olmasaAleksey mütləq zarafata salıb bir-iki söz ilişdirəcəkdi. Qərara aldı ki, gedibgülün baha olduğunu, həmyerlilərinə rast gəlmədiyini desin. Gülsatanın səsi onufikirdən ayırdı:

-Hə, nə deyirsən? İnanmırsan istənilən gülsatana yaxınlaş gör bundan da zəif,köhnə gülü neçəyə satırlar. Ya da get uşaqlarla bir az da atışın, gəl,burdayam.

Samidgeriyə döndü. Yolu keçmək istəyərkən qarşı tərəfdən bir nəfər, o da Azərbaycandilində səsləndi:

-Əmoğlu, bir dəqiqə gözlə. Və şütüyən maşınların arası kəsilən kimi qaçıb yolukeçərək Samidə yaxınlaşdı:

-Salam, əmoğlu, adım Validdir.

- Salam. Samid,- deyə Samid də özünü təqdimetdi.

-Bağışla ey, əmoğlu, nə olub, nə məsələdi, nə deyirdi o oğlan sənə?- gülsatanaişarə etdi.

-Heç. Gül almaq istəyirdim, pulum çatmadı.

-Bəri gəl,- deyərək Valid çoxdan tanıyırmış kimi ərklə Samidin qoluna girdi.Yenidən bayaqkı gülsatan oğlana yaxınlaşdılar və salamsız-kəlamsız Valid əliniuzadıb güldən bir xışma, ovuc dolusu götürüb gülsatana:

-Cığara ver,- deyə başını qaldırdı və onun uzatdığı nazik, parıltılı, zərli,xışıldayan kağızı alıb götürdüyü gülləri bükərək Samidə uzatdı:

-Apar, əmoğlu, halal xoşun olsun.

-Bu çoxdur ey, qardaş, həm də...

-Çox olmaz. Həm də nə?

-Demək istəyir ki, həm də pulum yoxdur. Sən heç ondan soruşmusan ki, nə qədər pulu var?,-deyə gülsatan Validə baxdı.

-Pulla versəydim gülləri sayardım.

-Necə yəni pulla versəydim? Bu güllər tək sənin deyil ey, Valid, biz şəriyik.Heç bilirsən orada nə qədər gül var?

-Nə qədər?

-Aşağısı otuz dənə.

-Əlli dənə yaz mənim ayağıma,- deyə Valid gülsatana gülümsəyib Samidə döndü:

-Fikir vermə, əmoğlu. İşində ol. Burada oxuyursan?,- başı ilə universiteti göstərdi.

-Bəli. Üçüncü kursda.

-Qız tələbə yoldaşlarını da təbrik edərsən. Nə lazım olsa gəl, denə, utanma.Düzdür, mən ora-bura qaçıram, necə deyərlər təchizati, təşkilati məsələlərlədaha çox məşğul oluram, ancaq bu,- başıilə gülsatanı göstərdi,- həmişə burada olur, ona desən mənə xəbər edəcək. Disağ ol.

Onlarbir-birinin əlini sıxıb ayrıldılar. Samid əlində sanki gül dəstəsi deyil,qürur, fərəh, sevinc dəstəsi tutmuşdu. Gülləri, yığılan pulu necə şəstləyoldaşlarına təqdim edəcəyini, həmyerlilərinin, bütün Azərbaycanlıların nəinkiöz həmvətənlilərinə qarşı, ümumiyyətlə necə əliaçıq, qonaqpərvər olduqları barədənecə fəxrlə danışacağını ürəyindən keçirincə sifətinə məmnunluq dolu bir təbəssümqondu.

Buhadisədən iyirmi ilədək keçmişdi. Samid universiteti uğurla – fərqlənmə diplomuilə bitirmiş, öz vətəninə qayıtmış, Bakının rayonlarından birinin məhkəməsindəhakim işləyirdi. Bir gün öz iş otağında oturub yaxın vaxtlarda baxacağı işlərlətanış olur, qeydlər edirdi. Başı necə qarışmışdısa qapının astaca döyüldüyünündə fərqinə varmadı və yalnız qapı ikinci dəfə, bir az da hündürdən döyüləndəbaşını qaldırıb:

-Bəli, buyurun,- deyərək qələmini stolun üstünə atıb qarşısındakı qovluğu örtdü.

İçəriyədaxil olan kişi Bakı dəbi ilə geyinməmişdi. Sifətdən yaşlı görünsə də, səsindən,hərəkətlərindənSamid elə bu kişi ilə təxminən yaşıd olduqlarını fərq etdi. Kişiiçəri daxil olub salam verdi və duruxubmuş kimi Samidin üzünə baxa-baxa qaldı.

-Buyurun, əyləşin,- deyə Samid ona yer göstərdi,- Sizi dinləyirəm.

-Bilirsiniz,- kişi tutula-tutula sözə başladı, elə bil kimdənsə çəkinir, sözləridüşünə-düşünə deyirdi,- mənim qardaşımı həbs ediblər, işi sizdədir. Gələn həftəbaxmalısınız. Qonşu ilə sözləri olub. Mən burda olmamışam, yoxsa bu dərəcəyəçatmazdı...

Baxacağıişlərin arasında qonşu ilə əlaqəli cəmisi bir iş olduğu üçün Samid onun hansı məsələdənbəhs etdiyini o dəqiqə başa düşdü. Lakin kişinin hələ də çəkindiyini,sıxıldığını hiss edib bir az da sərbəstləşməsi üçün dedi:

-Hə, belə bir işə baxmalıyam gələn həftə. Lakin narahat olmayın. O qədər də ağırcinayət eləməyib qardaşınız. Qonşular arasında olur belə şeylər.

-Amma qardaşım içəridədir...

-Günah özündədir. Qonşuya vurduğu ziyanı ödəyib üzr istəsəydi heç şikayət filanda olmazdı. Ya da heç olmasa müstəntiqin çağırışlarına gəlsəydi, qaçıb gizlənməsəydi,hələ bu azmış kimi qonşunu hədələməsəydibarəsində həbs qətimkan tədbiri dəseçilməzdi.

Dahabir müddət söhbət etdilər və bütün bu müddət ərzində Samidi belə bir hiss tərketmədi ki, bu kişini elə bil hardansa tanıyır. Əmin idi ki, zənni onu aldatmır,lakin yadına sala, xatırlaya bilmirdi.

-Xahiş edirəm yenə bir baxın, imkanınız varsa kömək edin, cavandır,- deyə kişixudahafizləşib ayağa qalxdı. Qapının ağzında Samid onu səslədi:

-Bağışlayın, dediniz Siz burda olmamısınız. Sirr deyilsə, harada idinizki?

-Rusiyada.

-Orada yaşayırsınız?

-Bəli. Şimal tərəfdə. Lesnoy şəhərində. Gül toçkamızvar, gülsatıram. Buradaparniklərimiz var, uşaqlar becərib göndərirlər. Elə qonşu ilə bu məsələ də gülüstündə, parnikə gələn qaz xəttinin üstündə olub.

-Xəbərim var. İşlə tanışam. Ancaq qonşunun güllərini yolub tökmək nəyə lazım idiki,daha?

Kişiqapıdan çıxan kimi Samidkreslosunun arxasına söykənib gözlərini yumdu. Cavanlığı,8 Mart bayramı, gül almağı, gülsatanın - bu kişinin ovaxtkı sifəti, hadisə dünənolubmuş kimi bütün təfərrüatı ilə gözləri qarşısında canlandı...

Gülsatanlabu söhbətdən iki gün sonra, elə onun gəldiyi saatda Samidin iş otağının qapısıdöyüldü.

-Buyurun,- deyə Samid dillənib başını qarşısındakı kağızlardan qaldıraraq nəzərləriniqapıya yönəltdi.

-Olar?

SamidValidi dərhal tanıdı. Baxmayaraq ki, Valid gülsatana nisbətən az dəyişmişdi, bəlkədə gülsatanın viziti olmasaydı onu tanımazdı. Zarafat deyil, gör nə qədər vaxtkeçmişdi.Samid ayağa qalxıb irəli yeridi. Validi qapıda qarşılayıb içəri dəvətetdi. Əyləşmək üçün kresloda yer göstərib özü də onunla üzbəüz oturdu. Xoş-beşdən,hal əhvaldan sonra:

-Vallah heç bilmirəm nə deyim, Samid müəllim, yəqin özünüz gəlişimin məqsədinibaşa düşdünüz...

-Hə, şəriyin gəlmişdi.

-Məni də elə o çağırıb. Zəng edib məsələni, Sizinlə görüşdüyünü, Sizi görəndəözünü necə itirdiyini, deyəsən Sizin heç onu tanıya bilmədiyinizi, kömək edəcəyinizədair bir söz vermədiyinizidanışıb təcili gəlməyimi xahiş etdi. İkimiz də burada...gülləribir yerlimizə tapşırıb gəlmişəm

-Narahat olma, Valid, nə kömək imkanım olsa,-ammaqanun daxilində,- edəcəyəm. Siz qayıdıb gedə bilərsiniz, amma əvvəlcəişdən sonra görüşək, qonağım ol.

-Çox sağ olun, Samid müəllim, onsuz da az gülümüz qalmışdı, qalıb məhkəmədə dəiştirak edib gedər, təzə gülləri də özümüz apararıq.

"Qalxın,məhkəmə gəlir” və "Azərbaycan Respublikası adından... məhkəmə zalından azadlığaburaxılsın” sözləri hələ də Validin qulaqlarında səslənirdi. Nə gözlərinə, nə dəqulaqlarına inana bilmirdi. Axı ortada küsülü olduqları qonşunun şikayəti, onadəyən ödənilməmişzərər var idi... Məhkəmənin qarşısında bir müddət gözlədi. Qətiqərara gəlmişdi ki, axşama qədər olsa da gözləyəcək, Samidi görməyincə heç yerəgetməyəcək. Lakin o qədər də gözləməli olmadı.Bir də gördü Samid özü binadançıxıb gülə-gülə ona tərəf gəlir.

-Salam, Samid müəllim,- heç bilmirəm Sizə necə...

Samid onasözünü bitirməyə imkan vermədi:

- Sonra,sonra, yaman yorulmuşam, özüm də acam. Yəqin elə sən də mənim günümdəsən. Gedək.Qonağım olmasan heç bir təşəkkürün qəbul olunmayacaq.

Yaxındadayanmış avtomobilə yaxınlaşdılar.

-Bizi xudmani, sakit bir yerə apar bir tikə çörək yeyib bir çay içək,- deyəSamid sürücüyə gülümsəyib arxa oturacaqda, Validin yanında əyləşdi.

Validürəyindən keçənləri deməyə yalnız çörək yedikdən sonra oturub çay içərkən imkantapdı:

-Samid müəllim, axı hər şey bir tərəfə, qonşu... zərər...

-Qonşu ki, ona dəymiş ziyanın tam ödənildiyini, heç bir şikayətinin olmadığınıbildirdi. Özün eşitdin ki, məhkəmədə dediklərini. Al bu da ziyanın ödənildiyi,şikayətin olmadığı və s. barədə sənədlərin surəti. Sənədlərin əsli işə tikilib -deyə SamidValidə bir neçə vərəq uzatdı.

-Vallah heç nə başa düşmürəm. Kim ödədi ki, ziyanı. Biz ödəməyə hazır idik,ancaq qonşu adımızdan minnətçi düşənləri yaxın buraxmırdı. Kimsə ödəmiş olsaydımən mütləq bilərdim axı...

-Özünü çox yorma, Valid, ziyanı elə sən ödəmisən.

-Məən? Mən heç ziyanın nə qədər olduğunu da əməlli bilmirəm. Qonşuları bir sözdeyir, bunlar bir söz.Nə vaxt ödədim ki?

- Hələ iyirmi il bundan əvvəl ödəmisən, Valid, birdəstə qərənfillə.

Bakı, may -2017