Gülşad Məmmədova: "Havanın qeyri-sabit keçməsinin səbəbi..."
Şimaldan gələn soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində bir neçə gündür ki, Azərbaycan ərazisində qeyri-sabit, yağışlı və küləkli hava şəraiti müşahidə olunur.
Adalet.az xəbər verir ki, bunu Ekologiya Təbii Sərvətlət Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, ölkənin bəzi yerlərində şimşək çaxıb, arabir yağış yağıb: "Bəzi rayonlarda isə yağıntılar intensiv xarakterli olub. Qərb rayonlarına dolu düşüb. Avqustun 8 günü ərzində 6 gün temperatur iqlim normasından yüksək, iki gün isə iqlim normasından aşağı olub.
Qeyri-sabit hava şəraiti bu gün, avqustun 9-u gündüz saatlarına qədər davam edəcək, yağıntılar tədricən kəsiləcək. Avqustun 10-dan başlayaraq, ikinci ongünlüyün ortalarınadək yağmursuz hava şəraitinin müşahidə ediləcəyi gözlənilir. Zəif şərq istiqamətli külək əsəcək.
Havanın temperaturu bugünlərlə müqayisədə tədricən yüksələcək. Eləcə də, Bakıda və Abşeron yarımadasında bu gün mülayim şimal-qərb küləyi müşahidə olunur. Sabahdan paytaxtda da yağmursuz hava şəraiti gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun bugünlərlə müqayisədə tədricən yüksələrək 37 dərəcəyə çatacağı gözlənilir".
Digər Xəbərlər
30 Dekabr 2025 11:26
Naxçıvanda qarın hündürlüyü 40 sm-ə çatdı
30 Dekabr 2025 11:15
Bakıda atəşfəşanlıq olacaq
30 Dekabr 2025 10:12
Növbəti 3 gündə hava necə olacaq?
30 Dekabr 2025 10:01
Bayram günlərində səfərə çıxan vətəndaşların nəzərinə! - VİDEO
29 Dekabr 2025 15:15
Yollar buz bağlayacaq - Xəbərdarlıq
29 Dekabr 2025 14:58
Arzu və Alena Əliyevalar “Rənglərdə yaşanan 10 il” mövzusunda keçirilən sərgidə
29 Dekabr 2025 14:42
MİDA-nın 3 dekabr onlayn satışının nəticələri ləğv edilə bilər?
29 Dekabr 2025 14:07


Bakı -°C

