adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 Iyul 2022 16:56
944
MARAQLI

Gülmək ona baha başa gəldi...

İnsan həyatı hər gün təzadlarla doludu. Hərdən düşünürük ki, gülüş və sevinc hər zaman xeyir gətirir. Lakin bəzən bu tam əksinə də ola bilir. Gülmək, sevinmək hər nə qədər xoş əhvala səbəb olsa da bəzən də bu həyat təhlükəsinə yol açır. Maraqlı olaylardan biri də, 27 yaşlı britaniyalı qızda nadir xəstəliyə düçar olmasıdır.

Xarici mətubata əsasən Nataşa Kouts adlıbir qadın güclü emosiyalar hiss edərkən allergik reaksiya keçirir.

O qadın gülərkən, təlaşlanarkən və ağlayarkən sanki ölümlə üz- üzə qalır.

Tuç nöqtələrin həddən artıq aktivliyi sindromundan uşaqlıqdan əziyyət çəkən həmin qadın bir dəfə gülüşdən öləcəyi anı xatırlayıb:

"Məndə uşaqlıqdan güclü emosiyalara allergiya var. Gülüş, ağlamaq, stress zamanı bədənimdə kimyəvi reaksiya başlayır.

Bir dəfə gülməkdən az qala öləcəkdim. Qəhqəhə çəkib güldüm, 5 dəqiqənin içində bədənimdə Kvinke ödemi başladı, dilim, boğazım şişdi. Az qala ölürdüm. Mənə iynə vurub, təcili yardım çağırdılar.

Qeyd edək ki, bu sindromun müalicəsi yoxdur".

Beləliklə sağlığın əvəzsiz nemət olduğunu biz bir daha xatırlamalı olduq. Sağlığınızdan muğayət olun...

HAZIRLADI : BÜNYAMİN BÜNYADZADƏ