adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 May 2017 19:08
7642
İDMAN

Güləşçimizdən qızıl MEDAL

Azərbaycanın yunan-Roma güləşçisi Kamran Məmmədov (66 kq) IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda xalça üzərinə çıxıb.

Adalet.az-ın məlumatına görə, qızıl medal uğrunda mübarizədə idmançımızın rəqibi Qırğızıstan təmsilçisi Janat Kilbayev olub.

Güləşçimiz rəqibinə vaxtından əvvəl - 9:0 hesabı ilə qalib gələrək yunan-Roma güləşində ölkəmizə növbəti qızıl medalı qazandırıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.