Gülən üzlər, donan qəlblər
Cəmiyyətdə hər yaş aralığına baxsaq, əksəriyyətinin üzündə gülümsəmə var. Salamlaşdıqda, kimsə kiməsə xoş təəssürat bağışladıqda, təşəkkür və minnətdarlıq bildirəndə üz ifadəmizdə balaca bir gülümsəmə olur. Amma bu gülümsəmənin ardında soyuqdan donan qəlblər var. Soyuq qəlblərin ardında isə beyində formalaşan fikirlər…
Elə bir dövrə gəlib çatmışıq ki, insanların səmimiyyətinə, həqiqətəndə üzdə yaranan gülümsəməsinə inana bilmirik. Sanki insanlar saxtalaşıb və bu hamıya şamil edilib. Zaman keçdikcə dəyərlər itib. Kimə baxırsan gülümsəyir, amma bu gülümsəmə əvvəlki dövlərdəki kimi deyil. Gözlərə baxırsan əvvəlki kimi parıldamır, qəlblər həyat eşqi ilə döyünmür, insanlar qaranlığa qərq olub, boğulur.
İnsanlar arasında bir-birindən uzaqlaşma, güvən problemi, insani münasibətlərdən kənarlaşma kimi hallar mövcuddur. Səmimiyyətsizlik, nifrət, kin və digər mənfi hallar qəlblərin zamanla buz parçasına dönməsinə səbəb olur. Vaxt var idi, insanlarin səmimiyyəti qəlbləri isidərdi. Bir-birlərinə baxanda gözlərdə ulduztək sayrışan işıqlar görünərdi. İnsanlar ətrafdakılara kömək edər, üz-üzə söhbətlər edərdi. Qısa dialoqlar belə ürəkləri döyündürər, sevinc hissi yaşadardı.
Zamanla şirin söhbətləri telefon arxasında danışmaq əvəz etdi. Nəticədə ortadakı səmimiyyət və duyğuları qarşı tərəf hiss edə bilmədi. İnsanlar texnoloji yeniliklərə o qədər öyrəşdi və asılı oldu ki, nə çıxıb çöldə kiməsə gülümsəmədi, nə də cəmiyyətə qaynayıb-qarışmadı. Bir növ cəmiyyətdən özünü uzaqlaşdırdı. Əslində bu bir fəlakətdir. Duyğularının, gülən üzlərin, dəyərlərin itməsi insanlığın sonunu gətirir. Elə məhz buna görə də qəlblər soyuyaraq buz parçalarına dönüşür.
Nurcan İsmayılova
Digər Xəbərlər
11 Iyul 2026 14:15
İlham Əliyev Kiçik Qaladərəsi kəndində olub, sakinlərlə görüşüb - FOTOLAR
11 Iyul 2026 12:25
Bakıda növbəti daxili iməcilik keçirilib
10 Iyul 2026 17:44
34 ildən sonra taxıl biçini aparılır
10 Iyul 2026 16:56
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
10 Iyul 2026 15:21
Azərbaycanda balıqçılıq sahəsi yeni qanunla tənzimlənəcək
10 Iyul 2026 15:17
“AzerGold” QSC turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib - VİDEO
10 Iyul 2026 14:41
FHN-dən əhaliyə müraciət - VİDEO
10 Iyul 2026 11:37


Bakı -°C

