Güclü yağış və dolu Lerikə ziyan vurub
Güclü yağış və dolu Lerikdə fəsadlar törədib.
Adalet.az APA-ya istinadən xəbər verir ki, dolu əsasən Lerikin yüksək dağlıq ərazilərində müşahidə olunub. Qısa müddətli yağan dolunun diametri 2-3 sm olduğu bildirilir.
Bununla yanaşı Lerikin mərkəzinə də dolu düşüb. Nəticədə kənd və rayon ətrafı ərazilərdə meyvə-tərəvəz ağaclarına ciddi ziyan dəyib. Güclü ildırım çaxması səbəbindən elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Digər Xəbərlər
02 May 2024 13:40