adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Dekabr 2015 13:09
191491
MODA

Gözəllik, sağlamlıq və zənginlik bəxş edən Colors of Life

Cavan, sağlam vəgözəl olmaq hər kəsin arzusudur. Amma çoxlarına da müyəssər olmur. Bunun üçünmüxtəlif yollara, xüsusən də cərrahi əməliyyatlara müraciət edilir. Ancaq məlumdurki, cərrahi müdaxilə müəyyən müddət formada saxlasa da, daxili orqanlarındisfunksiyası yenidən gözəllik və sağlamlığı əldən alır. İnsanın sağlam və cavanlığınınən doğal yolu təbiətin özüdür: onu bizə bəxş etdiyi nemətləridir.

Dünyada bir neçəaparıcı şirkətlər təbiətdən birbaşa istehsal olunan orqanik məhsullarınistehsalı ilə məşğuldur. Bunlardan biri də fransanın Colors of Life şirkətidir.Cəmi 5 ildir yaranmasına baxmayaraq, şirkət özünü bütün dünyada təsdiqləyib.Hazırda dünyanın 50-dən artıq ölkəsində Colorsof Life brendinin təmsilçiliyi açılıb. Azərbaycan da ötən il bu qurumunüzvlüyünə qoşuldu. Bu məqsədlə Colors of Life şirkətinin yaradıcılarından rəhbərlərindənbiri Serj Jilardi Bakıya təşrif buyurdu. Bu münasibətlə keçirilən tədbirdəGürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan, Fransa, Norveç, İngiltərə, Baltikyanıölkələrdən şirkətin təmsilçiləri, eləcə də məhsuldan yararlanan qonaqlar qatılmışdı.

Tədbiri girişsözü ilə açan Colors of Life-ın top lideri Gülnarə Qordiyenko diqqətə çatdırdıki, 2009-cu ildə yaranmış şirkət qısa müddət ərzində çoxsaylı istifadəçiləri ətrafınatoplaya bilib. Həyatına rəng qatmaq istəyən hər bir kəs bu şirkətin məhsullarıilə maraqlanıb. Qeyd etdi ki, şirkətin heç bir mağazası yoxdur, yalnız nümayəndəliklərivar. İstifadəçilər bu nümayəndəliklər, eləcə də internet vasitəsiləməhsulu sifariş edə bilərlər: "Biz reklam etmirik, sadəcə zəncir qururuq. Bəyənəninsanlar bir-birlərinə məsləhət görürlər”.

Daha sonraGürcüstan üzrə top lider Levan Mçedlişvili çıxış edərək qeyd etdi ki, cəmiyyətinkişaf etdikcə qida ölməyə başlayıb: "Təbii qidaların yerini yarımfabrikatlartutub. İnsanları qınamalı da deyil, çünki bu qəbildən olan məhsullar dadlıolur. Bununla da özümüz bilib-bilməyərəkdən canımıza ziyan vururuq. Beləqidalardan bağırsaqlara yığılan şlaqlar səbəbindən təzyiq, şəkər xəstəliyi, ürək-sinirproblemləri, mədə-bağırsaq xəstəlikləri baş alıb gedir”.

Şirkətin Azərbaycanüzrə təmsilçisi Rüstəm Pataxov isə məhsullar haqqında məlumat verdi. Bildirdiki, Colors of Life cəmi 5 məhsulla xidmət göstərir: Təbii toz halında içki,gündüz və gecə kremləri, gözaltı krem və məlhəm. Bu məhsulların hər biriestetik əməliyyat qədər təsirlidir. Bir müddət istifadədən sonra üz qırışlarınısallaqlığını aradan qaldırır. Məhsullar Afrikada bitən Baobab ağacının meyvə vəyağlarından hazırlanır. Bu ağac uzunömürlüdür, 3-5 min il yaşaya bilir. Bundanbaşqa məhsulların tərkibinə mərcan, yabanə gilas və faydalı tropik meyvələrqatılır.

Sonda isə SerjJilardi çıxış edərək Colors of Life-ın konsepsiyası barədə məlumat verdi. Oqeyd etdi ki, bu şirkətin məhsullarından istifadə ilə yanaşı, həm də maddi gəlirəldə etmək mümkündür: "Şirkətimiz sizə cavanlıq, sağlamlıq, gözəllik və zənginliktəklif edir. Bütün bunları bir arada tapmaq, asan məsələ deyil. Beş il müddətinəqurduğumuz zəncirlər vasitəsilə dünyanın hər yerindən olan minlərlə insan həmsağlamlıq, gözəllik və zənginlik qazanıb”.

Qeyd edək ki,Serj Jilardi 5 günlük səfəri çərçivəsində Bakıda ustad dərsləri keçəcək.  


Şəfiqə ŞƏFA