adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Noyabr 2018 19:51
5838
HADİSƏ

Göygöldəki qəzada sərnişin öldü

Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Adalet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 9-da saat 20 radələrində Göygöl rayonunun Balçılı kəndi ərazisində Röyal Hacıyevin və Elməddin Abdullayevin idarə etdikləri "VAZ-2107” markalı avtomobillər toqquşub.

Nətiсədə R.Hacıyevin sərnişini, Qızılca kənd sakini Xalidə Bağırova hadisə yerində ölüb, E.Abdullayevin sərnişini Ruslan Məmmədov isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.