adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Iyun 2017 22:00
17013
KRİMİNAL

Göyçayda iki uşaq atası qətlə yetirilib

Göyçayda qətl hadisəsi baş verib.

Rayonun Çərəkə kənd sakini, 1985-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun meyiti tapılıb. Onun bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil. İki uşaq atası olan Sadiq Məmmədovun çoban kimi fəaliyyət göstərdiyi bildirilir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)