adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 May 2013 00:29
66727
LAYİHƏ

GÖYÇAY: ŞİRVANIN ARAN TACI

Kəndarasıyolların qaydaya salınması istiqamətində tədbirlər görülür. Cəyirli,Qubadlı-şıxlı, Qızılabac, Şəkili, Kürdşaban və Yenikənd kəndlərini birləşdirənkəndlərarası yolun yenidənqurulması üçün layihə-smeta sənədləri hazırlanmış,tikinti işlərinin aparılması üçün podratçı təşkilatın müəyyən edilməsi üçüntender elan edilmişdir.

Şəhərintəmiz saxlanması, məişət tullantılarının vaxtında daşınması üçün müəyyəntədbirlər görülmüşdür.

Şəhərdəaparılan abadlıq, təmizlik və yaşıllaşdırma işlərində rayonun idarə, müəssisəvə təşkilatları, yerli icra və bələdiyyə orqanları yüksək mütəşəkkillikgöstərmişlər.

2013-cüilin yanvar-mart aylarında fəaliyyətdə olan obyektlərin genişləndirilməsi vəyenidən qurulması, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və görülmüşdigər tədbirlər nəticəsində 176 daimi iş yeri açılmışdır. Bütövlükdə2003-2012-ci illərdə rayonda 9330 yeni iş yeri açılmışdır ki, bunun da 7918-ivə ya 84,9 faizi daimi iş yerləridir.

Təhsil,səhiyyə

vəmədəniyyət...

Rayondatəhsil, səhiyyə və mədəniyyət sahələrinin maddi-texniki bazasınınmöhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, dövlətəsaslı vəsait qoyuluşu hesabına Ulaşlı-şıxlı kəndində 220 şagird yerlik tamorta, Şəkili kənd 80 şagird yerlik ümumi orta məktəblərin tikintisi başaçatdırılmışdır. Göyçay şəhərində 40 yerlik uşaq bağçasının tikintisi davametdirilir. Hazırda Müskürlü kəndində 180 yerlik, Qəbələ-Müskürlü və Alıkəndkəndlərində 80 yerlik məktəb binalarının tikintisi üçün layihə-smetasənədlərinin hazırlanmasına müvafiq sifariş verilmişdir.

Yaponiyahökumətinin dəstəyi ilə şəhər internat və 6 saylı tam orta məktəblərdə müasirnormalara cavab verən sanitariya qovşaqlarının tikintisi aparılır.

Əhalininsosial

müdafiəsidiqqət mərkəzində

Əsası UluÖndər Heydər Əliyev tərəfindən qoyulmuş əhalinin sosial problemlərinin həllistrategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Əsas sosialproblemlərdən olan əmək pensiyalarının artırılması, əmək qabiliyyətini itirmişşəxslərin sosial müdafiəsi, ailə başçısını itirmiş şəxslərin maddivəziyyətlərinin yaxşılaşdırılması ölkə Prezidentinin daim diqqət mərkəzindəolmuş, bu sahədə işləri təkmilləşdirmək üçün fərman və sərəncamlar verilmiş,Qanunlar qəbul edilmişdir.

Sosialyardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi istiqamətində əməlitədbirlər görülmüş, bu yardımla bağlı rayon Əmək və Əhalinin Sosial MüdafiəsiMərkəzinə müraciət etmiş 1465 ailəyə ünvanlı sosial yardım təyin olunmuşdur ki,onların da ailə üzvlərinin sayı 7180 nəfərdir.Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsiningücləndirilməsi üçün əməli tədbirlər görülmüşdür. Hazırda bu kateqoriyadan olan4379 nəfər müxtəlif sosial müavinətləralırlar. 300-dən artıq ahıl, tək və kimsəsiz yaşayan vətəndaşlar mərkəzin sosial məişət xidmətindən istifadə edirlər.

DövlətSosial Müdafiə Fondunun rayon şöbəsində əmək, ailə başçısını itirməyə vəəlilliyə görə pensiyalarının təyin olunmasında daha mütərəqqi üsullardanistifadə edilməklə bütün pensiyaçılar haqqında məlumatlar avtomatlaşdırılmış vəbaza məlumat sistemi yaradılmışdır.

HazırdaDövlət Sosial Müdafiə Fondu rayon şöbəsi tərəfindən 20 mindən artıq yaxınhüquqi və fiziki şəxslər, mülkiyyətindəki kənd təsərrüfatına yararlıtorpaqlardan istifadə edən şəxslər fərdi qaydada uçota alınmış və onlara sosialsığorta şəhadətnamələrinin verilməsi təmin edilmişdir. 01 aprel 2013-cü il tarixə rayon üzrə 8944 nəfərqocalığa, 1284 nəfər ailə başçısını itirməyə və 3860 nəfər əlilliyə görəpensiya və müavinət alan şəxs vardır.

Vətəndaşmüraciətlərinə həssaslıq

Rayon icrahakimiyyəti başçısı aparatı Azərbaycan Respublikası Prezidentinin"Vətəndaşların müraciətlərinə baxılması haqqında" müvafiq fərmanınırəhbər tutaraq əhalini narahat edən problem və çətinlikləri yerində öyrənmək vəoperativ həll etmək məqsədi ilə səyyar görüşlərin keçirilməsi praktikasındangeniş istifadə etmişdir.

2013-cüilin yanvar-mart aylarında rayon icra hakimiyyəti başçısının 12 səyyar qəbulukeçirilmişdir. Keçirilmiş görüşlərdə 1000 nəfərə yaxın vətəndaş iştirak etmiş,98 nəfər çıxış edərək 65 müxtəlif xarakterli təklif, müraciət və şikayətsöylənilmiş, yerli əhəmiyyətli sosial problemlər qaldırılmışdır.

Müraciətlərnümayəndəliklər üzrə ümumiləşdirilmiş, görüləcək hər bir işin icraçısı vəkonkret müddəti göstərilməklə tədbirlər planı tərtib edilmiş və icrasınaaparıtın müvafiq şöbələri tərəfindən nəzarət təmin olunmuşdur. Keçirilmişsəyyar qəbullar haqqında operativ məlumatların müəyyən edilmiş müddətlərdəRİAİS sisteminə ötürülməsi təmin edilmişdir.

MəzahirƏhmədoğlu

Azərbaycan Respublikasının Prezidentiyanında kütlƏvi informasiyavasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə