adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Iyul 2020 14:04
61920
MARAQLI

Görün camaat butulkadan nələr düzəldir?!

İngilis Richart Sowa plastik butulkalar üzərinəqurduğu, çöldən gerçək kimi görünən kiçik süni adasında sadə və xoşbəxt həyatsürür. Karib adasında yaşayan ingilis bir dülgər olan Richart Sowa 50 yaşlarındaətraf mühit və sadə həyat könüllüsüdür. Həm plastik butulka çirkliliyinə diqqətiçəkmək, həm də bir az başı işlədərək sadə, dinc və özünə çata bilən bir həyatqurmanın bir çox yolu olduğunu göstərmək üçün qeyri-adi bir yol seçib.

Ətrafaatılmış plastik butulkaları toplamağa başlayıb, üç il ərzində 100 min şüşəyəçatdırmış, bunları böyük tora doldurub. Daha sonra bambu düzərək zəminyaradıb.Bu zəminin üzərinə isə qum və torpaq atmış, suyun üzərində əvvəl bir platformakimi dayanan plastik şüşələrdən ibarət olan bu quruluşa spiral bir şəkil verib. Torpaqla doldurduğu yerlərəpalma, limon, kakos hətta badam ağacı belə əkib.


Başlanğıcdaplastik şüşə yığını olan bu quruluşu üzən bir obyektə çevirmiş, adasına ikikiçik hovuz və günəş enerjisiylə işləyən bir şəlalə əlavə etməyi unutmayıb.Daha sonra plastik şüşələrdən hazırladığı bu adanın üzərinə taxta və bambudanbir Robinson daxması inşa etmiş, üzən adasına yerləşdirdiyi günəş enerjisipanelləriylə enerji problemini da həll edib. İki pişiyi və bir itini də yanınaalaraq burada yaşamağa başlamış. Bunlara iki toyuq və birördək də artırıb. Adasına isə "New Spiral Island” adını verməyi uyğun görüb.. Sowa 20 kvadrat metrlik bu kiçiciksahədə, pomidor və ispanaq əkə biləcəyi yeri də hazırlayıb.