28 Iyul 2025 15:14
108
DÜNYA

GÖRƏN, TRAMP UDDU, YOXSA UDUZDU? 

Dünyanın bir nömrəli «vor zakon» dövlətinin prezidenti Tramp qolf oynamaq üçün Şotlandiyaya  beş günlük səfər etdi.  Televizyonlar onun təyyarədən düşməyini, müsahibələrini, Fələstin məsələsinə görə Makronu hədələməsini, Avropaya miqrantların köçünün qarşısını almaq üçün verdiyi tövsiyyələri və sair və ilaxır göstərdilər, amma qolf oyunundan reportaj vermədilər. Bilmədik uddu, yoxsa uduzdu.

Gərək ki, «Qorxulu Tehran»da belə bir yer var. İran şahı bir əyanı ilə nərd taxta oynayır. Şeşxanada dörd daşı qalıb, yalnız qoşa  şeş atsa oyunu uda bilər. Gözünü yumub zərləri atır  və əyanına deyir ki, gör nə düşüb? Əyan görür ki, «du  bir» atıb, tez zərləri dəyişib qoşa şeş düzəldir və təəccüblə deyir:

- Qibleyi-aləm, şeş qoşa atmısınız.