adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Avqust 2022 17:03
996
TEXNOLOGİYA

Gördüyünü videoqeydə alan eynək - "Mijia Glasses Camera"

 

 Elm və texnologiya inkişaf etdikcə qeyri - adi və maraqlı yeniliklər də qaçılmazdır. Bu dəfə isə yeni və unikal özəlliklərə malik eynək çox güman ki, insanların böyük marağına səbəb olacaq.

Bu sözügedən "Mijia Glasses Camera" - əslində videokamera və tərcüməçi funksiyasını daşıyan cihazdır.

Eynək 50 və 8 meqapikselli video və foto üçün 2 kamera ilə təmin edilib.

Kamera və mikrofon sistemi ilə qadcet video çəkir, sonra materialı smartfonun yaddaşına köçürmək olur. Belə ki, insan eynəyi taxıb, video çəkilişi işə salarsa, baxdığı hər şeyi yaddaşa köçürəcək.

Eləcə də əcnəbi dildə olan danışığı tərcümə edərək, ekrana mətn şəklində gətirir.

Eynək maqnit enerji təminatı olan batareya ilə təmin edilib.

Hazırda ilk buraxılışda qiyməti 400 dollardır.

Kütləvi satışa çıxarıldıqda bir qədər baha ola bilər.

Bir sözlə, istisnalar olmaqla, elm və texnoloji inkişaf insan rahatlığına hesablanıb. Arzu edək ki istənilən yenilik insanlığln xeyrinə olsun.
 

HAZIRLADI: BÜNYAMİN BÜNYADZADƏ