Kiberməkanda genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dünya üzrə kibertəhlükəsizlik sahəsində aparıcı mənbələrin yaydığı məlumata əsasən, bu günlərdə internet mühitində təxminən 16 milyard istifadəçi adı və parolun yer aldığı nəhəng məlumat bazasının qeyri-qanuni şəkildə yayılması faktını xüsusi narahatlıqla qeyd edir.
Adalet.az xəbər verir ki, bu insident kiberməkanda indiyə qədər qeydə alınmış ən böyük məlumat sızmalarından biri hesab olunur.
Sözügedən məlumat bazasında “Apple”, “Google”, “Facebook”, “GitHub”, “Telegram” kimi geniş istifadəçi bazasına malik platformalarla yanaşı, bir sıra sosial şəbəkələr, VPN xidmətləri və dövlət strukturlarına dair istifadəçi məlumatları da yer alır. Bildirilir ki, bu məlumatlar çoxsaylı zərərverici proqram təminatları (“infostealer”lər) vasitəsilə toplanmış və onların əksəriyyəti ilk dəfə açıq internet mühitində aşkarlanmışdır.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti artan kibertəhdidlərə qarşı etibarlı mühafizənin təşkili və fərdi kibergigiyenanın gücləndirilməsi məqsədilə vətəndaşlara ehtiyatlı olmağı, antiviruslardan istifadə etməyi, kiberhücumlardan qorunmaq üçün göndərilən şübhəli keçidlərə keçməməyi və saxta domenlər barədə məlumatları isə “blacklist.gov.az” platformasına göndərməyi tövsiyə edir.
Digər Xəbərlər
16 Fevral 2026 18:51
"X"də problem yarandı
15 Fevral 2026 19:43
"Sega"nın yaradıcısı vəfat etdi
12 Fevral 2026 14:56
"Google" da Rusiyada bloklana bilər
08 Fevral 2026 18:11
Kiberdələduzların toruna düşməməyin 2 YOLU
08 Fevral 2026 16:20
Bu ölkədə uşaqların sosial şəbəkələrə girişi qadağan olunur
06 Fevral 2026 11:34
Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!
02 Fevral 2026 17:35
Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr – SİYAHI
02 Fevral 2026 16:30


Bakı -°C

