Gömrükdən qanunsuz telefon keçirmək istədi
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları mobil telefonların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Qırmızı Kanal" buraxılış sistemindən istifadə edərək əşyalarını rentgen aparatından keçirdikdən sonra saxlanılaraq yoxlama otağına dəvət olunub. Şəxsi yoxlama zamanı üzərindəki köynəyin sol və sağ qollarının altından, hər birində 2 ədəd olmaqla sellofan paketə bükülü şəkildə gömrük nəzarətindən gizlədilən 4 ədəd "İphone 11 Pro 256 GB" markalı mobil telefon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
27 Aprel 2024 09:21
Avtomobil oğurlayan Salyan sakini saxlanıldı
27 Aprel 2024 09:15Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanıldı
26 Aprel 2024 16:04Nərimanovda 5 kq narkotiklə saxlanılan şəxs həbs olundu - VİDEO
26 Aprel 2024 10:12Xocavənddə partlayıcı vasitələr aşkar edilib - FOTO
25 Aprel 2024 11:48