Gömrükdən psixotrop maddə keçirmək istədi
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda “DAF” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarətindən keçərkən saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual edilib.
Komitədən Adalet.az-a verilən məlumata görə, sorğu-sual zamanı sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Şəxsi yoxlama zamanı vətəndaşın üzərindəki şalvarın sol cibində narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulan, divarlarında naməlum maddə izləri olan şəffaf şüşə kolba və idarə etdiyi avtomobilə məxsus qırmızı rəngli pultun daxilindəki mexanizmi çıxarılaraq, həmin boşluğa yerləşdirilmiş vəziyyətdə bir ədəd selofan bükümdə çəkisi 1,8 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Xatırladaq ki, metamfetamin "Dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
Digər Xəbərlər
22 Dekabr 2025 10:13
Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı
20 Dekabr 2025 16:00
14 yaşlı qıza qeyri-etik hərəkətlər edənlər HƏBS OLUNDU
19 Dekabr 2025 12:19
Ticarət mərkəzində pirotexniki vasitələr satılan anbar aşkarlanıb - VİDEO
19 Dekabr 2025 11:49
Narkotikin təsiri altında maşın sürən şəxs tutulub
19 Dekabr 2025 11:47
Bu il narkotiklə bağlı 441 cinayət faktı aşkarlanıb
19 Dekabr 2025 10:18
Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı
19 Dekabr 2025 09:59
“Dedi ki, barışmaq istəyirəm uşaqlarım tək qalıb” - Qusardakı qətlin detalları + VİDEO
18 Dekabr 2025 18:29


Bakı -°C

