Gömrükdə siqaret və içki əməliyyatı
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşına məxsus "VAZ-21063" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Adalet.az -a verilən məlumata görə, baxışdan əvvəl şifahi sorğu-sual olunan vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib.
Baxış zamanı minik maşınının ön oturacaqlarının içərisində və arxa oturacağın altında gizlədilən 3600 ədəd siqaret, habelə ehtiyat təkərin içərisində gizlədilən 11 ədəd "Nemirovskaya" markalı spirtli içkilər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
29 Aprel 2024 17:09
Sabirabadda 28 yaşlı gənci "tok" vurdu
29 Aprel 2024 15:30Minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİB
29 Aprel 2024 14:42Vasif Səmədov VƏFAT ETDİ
29 Aprel 2024 13:51Türkiyədə dəhşət: Gəlin və qaynana təndirdə yandı
28 Aprel 2024 21:30