Gömrükdə külli miqdarda siqaret aşkarlandı
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Azərbaycan Respublikasına qeyri-qanuni yollarla, üzərində aksiz markası olmayan tütün məmulatlarının gətirilməsi, saxlanması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, DGK Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Astara şəhərində keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı Əliyev İbrahim Əzim oğlu saxlanılıb və ondan şərti alıcıya satmaq istədiyi Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 5000 ədəd "Marlboro Gold", 2200 ədəd "Marlboro Flavor Code", 9600 ədəd "Kent İnfina", 7800 ədəd "Kent White", 19200 ədəd "Kent Silver", 6000 ədəd "Cavallo", 1600 ədəd "Senator" markalı, ümumilikdə 51400 ədəd siqaret aşkar edilərək götürülüb.
Digər Xəbərlər
03 May 2024 16:04
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb
30 Aprel 2024 11:00Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
30 Aprel 2024 10:06