adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 May 2021 16:15
46657
KRİMİNAL

Gömrükdə böyük narkotik əməliyyatı: 244 kq heroin aşkarlandı

"Azərbaycanın gömrük orqanlarının əməkdaşları daha bir uğurlu əməliyyat həyata keçiriblər".

Adalet.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.

“Əməliyyatçılarımızın yüksək peşəkarlığı nəticəsində ölkəmizin cənub sərhədində - Astara gömrük postunda 244 kiloqramdan artıq narkotik vasitə - heroin aşkar edilib”, - komitə sədri qeyd edib.