adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Sentyabr 2018 11:13
18521
MƏDƏNİYYƏT

Georgi Şaroyev haqqında monoqrafiya çap olunub


Musiqişünas və pianoçu Zakir Əsədovun "GeorgiŞaroyev fenomeni” adlı monoqrafiyası çap olunub.

Adalet.azOpen.aza istinadən xəbər verir ki, monoqrafiyada Azərbaycan musiqi incəsənətindəfortepiano ifaçılığı sənətinin banisi, Azərbaycanın əməkdər incəsənət xadimi,rus fortepiano məktəbinin nüməyəndəsi Georgi Şaroyevin həyat və yaradıcılığıfaktoloji materiallar əsasında ilk dəfə müfəssəl araşdırılıb.

Z. Əsədov Azərbaycanvə Qərbi Avropa musiqisinin tarixi inkişaf mərhələləri arasında paralelləraparmaqla Azərbaycanda klassik musiqi ənənələrinin nisbətən gec meydana gəlməsininsəbəblərinə də aydınlıq gətirib.

Qeyd edəkki, "Georgi Şaroyev fenomeni” monoqrafiyası Azərbaycan Xalq Cümhuriyyətinin(AXC) yaranmasının 100 illiyinə həsr olunub.

Xatırladaqki, Z. Əsədov Bakı Musiqi Akademiyasının məzunudur. O, Fransada, İtaliyada, Azərbaycandabir sıra musiqi müsabiqələrinin laureatı olub.