"General qətiyyəti"
Yazıçı-hüquqşünas, Əlisəfa Azayevin «Maarif» nəşriyyatında ötən ilin sonlarında işıq üzü görmüş 372 səhifəlik kitabı Azərbaycanın fəxri olan Qarabağ qəhrəmanımız, general-mayor Polad İsrafil oğlu Həşimova həsr olunub. Bir az da dəqiq ifadə etsək, bu romanda biz oxucu olaraq general-mayor Polad Həşimovun keçdiyi döyüş yolunun bədii təqdimatının şahidi oluruq.
Qələminə oxucuların yaxşı bələd olduğu yazıçı-hüquqşünas, Əlisəfa Azayev bu romanında da öz üslubuna sadiq qalaraq qəhrəmanının həyat yolunu bütün detallarını peşəkarlıqla, həm də oxucuya sevdirə-sevdirə araya-ərsəyə gətirib. Romandakı konkret faktlar həyatdan, yəni generalımızın keçdiyi yoldan götürüldüyü üçün həm inandırıcı olur, həm də oxucunu təkrar general Polad Həşisovun pərəstişkarına çevrilə bilir. Bu isə müəllifin ədəbi uğuru sayıla bilər.
Düşünürük ki, redaktoru Fariz Məhərrəmli, korrektoru Aynur Çingizli olan «General qətiyyəti» oxucuların həm ürəyinə, həm də kitabxanasına yol tapa biləcəkdir.
Digər Xəbərlər
14 Sentyabr 2026 19:47
Əbülfət Mədətoğlu: TƏBRİKSİZ GÜN...
14 Sentyabr 2026 12:44
Yaxşılıq səssiz ediləndə insanların qəlbində qalır
14 Sentyabr 2026 10:54
Əbülfət Mədətoğlu - Həyatımdakı 11 sentyabr
14 Sentyabr 2026 10:53
“Ağıl öyrətmək zorunda qaldığım bu mövzuya bir də qayıdası olmayacağam”
11 Sentyabr 2026 16:21
Rafiq ƏLƏKBƏR: Qarpızəli Çömçəzadə ilə Yarpızəli Nimçəzadənin dastanı
11 Sentyabr 2026 13:34
Əbülfət Mədətoğlu: "Həyatımın ən böyük riskini etdim"
10 Sentyabr 2026 12:05
“Səbəb uşaqların evdə kitabla deyil, smartfonla böyüməsidir”
10 Sentyabr 2026 10:57


Bakı -°C

