adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 Avqust 2019 16:24
18137
MƏMLƏKƏT

"Gənclik Günü” layihəsi həyata keçirilib

Binəqədi rayonunda "Beynəlxalq Gənclər Günü”nəhəsr olunmuş "Gənclik Günü” layihəsi həyata keçirilib.

"Binəqədi Gənclər Evi”, Binəqədi rayon Gənclərvə İdman İdarəsi təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdmanNazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının GənclərFondu və UNICEF-in Azərbaycan nümayəndəliyinin tərəfdaşlığı ilə 16 avqust2019-cu il tarixində Binəqədi Gənclər Evində "Beynəlxalq Gənclər Günü”nə həsrolunmuş "Gənclik Günü” layihəsi 200 nəfərdən çox yeniyetmə və gəncin iştirakıilə həyata keçirilmişdir.

Layihəyə təcrübəli mütəxəssis KənanMəmmədovun yoqa sessiyası ilə start verlilmişdir. Sonra Binəqədi Gənclər Evininakt zalında yeniyetmə və gənclər arasında "Dama” və "Şahmat” turnirləri keçirilmişdir."Dama” turnirinin nəticəsinə görə I yeri Cəfərli Cavad, II yeri Məmmədov Məhəmməd,III yeri Həsənli Daşqın tutmuşdur. "Şahmat” turnirinin nəticəsinə görə I yeri MəmmədovaNuray, II yeri Vəliyev Amal, III yeri Həsənova Zeynəb tutmuşdur.

BinəqədiGənclər Evinin gənclər klubunda keçirilən "Xəmsə” Milli İntellektual Oyununda Iyeri Səyyar Qurbanov, II yeri Elvin Əliyev, III yeri Yusif Ağayev tutmuşdur.

"Simurqİntellektual Oyunlar Klubu” nun təsisçisi Gursel Abbas bildirmişdir:"Klubumuzun əsas məqsədi intellektual, savadlı və dünyagörüşlü gənclikyetişdirmək, gənclərin asudə vaxtlarını səmərəli keçirmələrini təmin etməkdir.Binəqədi Gənclər Evində "Gənclər Günü" münasibətilə keçirilən tədbirdəXəmsə Milli İntellektual Oyunu üzrə fərdi oyun keçirdik. Oyun çox məhsuldar və əyləncəlikeçdi. Bütün gəncləri klubumuzun təşkil etdiyi turnir və yarışlara dəvət edirəm.”

Layihə çərçivəsində baş tutan futbolturnirində isə I yeri "AFFA, II yeri "Bilbao”, III yeri isə "Marşal”komandaları tutmuşdur.

"Binəqədi Gənlər Evi” nin könüllüsü ƏliyevMurad bildirmişdir: 20 yaşım var və ADNASU-un tələbəsiyəm. Gəclik GünündəFudbol çempiyonatına qoşuldum. Fudbol çempiyonatı olduqca maraqlı keçdi, əsasmaaraqlı məqamlardan biri hər bir komandanın öz azarkeş qrupu var idi və buazarkeş qrupları müxtəlif maraqlı pankartlarla, şüarlarla komandalarına dəstək olurdular. Digər maraqlıcəhəti isə ondan ibarət idi ki, bildiyiniz kimi 2020-ci ildə Avropaçempionatının 4 oyunu Azərbaycanda keçirdiləcək və Avropa çempionatının stentinümayiş olunurdu.”

Oyunlar yekunlaşdıqdan sonra qaliblərinmükafatlandırılması mərasimi keçirilmişdir. Mükafatlandırılma mərasimində Binəqədirayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov, "Binəqədi Gənclər Evi”nin direktoru Ələkbər Mustafayev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısıaparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini ŞəmsiGülverdiyev, UNICEF-in Azərbaycan nümayəndəliyinin ofisinin gənclərlə iş şöbəsininəməkdaşı Mina Hüseynova iştirak edərək qalibləri təbrik etmiş, yeniyetmə və gənclərinyaradıcılıq fəaliyyətinin dəstəklənməsi və asudə vaxtının səmərəli təşkili məqsədiləgörülən işlər haqqında məlumat vermişlər.

"GənclikGünü” layihəsi musiqili əyləncəli proqramla davam etdirilmişdir.