adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Sentyabr 2018 10:29
28184
ƏDƏBİYYAT

Gənclərin bir misrası Araz Əlizadədən böyükdür – Yazarlardan millət vəkilinə etiraz

Azərbaycan Sosial Demokrat Partiyasının sədri ArazƏlizadə "Ədalət” qəzetində verdiyi müsahibəsində gənc yazarlar əsasənistedadsızdırlar deyib. Deputatın fikirləri haqda gənc yazarlar nə düşünür? Həqiqətənmibelədir?

Adalet.az gənc yazarların münasibətini öyrənib.





Yazar Rəbiqə Nazimqızı: "Heç nə düşünmürəm. Kimi oxuyub, bilmirəm. Ammaümumiləşdirmək düz deyil.”









Yazar KəramətBöyükçöl: "Araz Əlizadə Azərbaycanlının görkəmliziyalısıdır, ictimai-siyasi həyatımızda özünəməxsus yeri olan bir şəxsiyyətdi.Onun istər ədəbiyyat haqqında, istər iqtisadiyyat haqqında və digər sahələrdəfikirlərinə böyük hörmət bəsləyirəm, inanıram. Onun çağdaş ədəbiyyatımızhaqqında, "Gənclərə istedadsız” deməsi fikrini dəstəkləyirəm, ona haqqqazandırıram. Tamamilə doğru deyib.





Yazar Günel Natiq: "Araz Əlizadənin fikirlərini mən heç vaxt ciddi qəbuletməmişəm və qərəzli hesab etmişəm. O ki qaldı gənc yazarlar haqqında fikirlərinə,burda da tələskənliyə yol verib. Gərək əvvəlcə bir neçə gənc yazarın kitabını vərəqləyərdi.Əminəm ki, heç birini mütaliə etməyib. Belə ümumiləşdirmə aparmaq düzgün deyil.Ən azından hər hansı bir nümunə gətirib fikrini əsaslandıra bilərdi. Beləəsassız açıqlamalarla çıxış etmək düzgün deyil.






Şair Əsəd Qaraqaplan: "Bütün zamanlarda gənc yazarların, ümumiyyətlə,yazarların əksəriyyəti istedadsız olur. Hər zaman istedadlı yazar az olur, istərgənc olsun, ister belə. Yəni onun dediyində qeyri-adi heç nə yoxdur və onu çoxda böyütməyə dəyməz, məncə.

Bayağılıqdiz boyudur, savadsızlıq da. Ona görə də bayağı mətnlərin oxucusu da çoxdur. Dolayısıylazamanın yazarları çox vaxt istedadsızlar olur.”









Şair Aqşin Evrən: "Bizim - gənclərin bir misrası Araz Əlizadəninyaşadığı binadan böyükdür. Ümumiyyətlə, heç olmasa, üzdə olan gənclərin böyük əksəriyyətininmətnlərini oxumadan, çağdaş poeziya haqda bilgisi olmadan hökm çıxaran şəxslərqeyri-ciddi adamlardır. Tarixdə həmişə belə - özlərini istedadölçən cihaz kimiaparan adamlar olub və onlar mütləq unudulub. Çox istərdim ki, Araz bəy bundansonra da gənclərin yaradıcılığını oxumasın.”





Şair Eminquey: "Araz Əlizadə bu fikirləri müasir ədəbiyyatımızdannələrisə oxuyub söyləməsinə bir o qədər də inanmıram. Bu təxminən sayt xəbərlərininbaşlığını görüb şairi, yazıçını, müğənnini, ümumiyyətlə bir insanı söyməyə bənzəyir.Araz bəy çox güman, eşidib ki, müasir dövrün gəncləri özlərindən əvvəlkiklassiklərə büt kimi baxmır, yenilikçiliyindən əl çəkmir və bəzən cəmiyyətindamarına basır, bu fikri də ona nəzərən söyləyib. Müasir dövrün istedadlı gənclərindənelə biri mən! Bunu Araz bəyə cavab kimi deyirəm, yoxsa həmişə özünü tərifləməyinəksinə olmuşam. Mətnin özünü müdafiə etməyinə, edə biləcəyinə inanıram. Lap əgərbiz istedadsızıqsa, bu Araz bəyi niyə narahat etsin ki? Sadəcə, xalqımızın şeirəhəvəsi, şairlərin çox olması Araz bəyə münbit şərait kimi görünüb. O da gündəməgəlmək üçün şairlərə, yazıçılara söz atıb. Əgər Araz Əlizadə bu fikri deməsəydi,siz məndən cavab almayacaqdınız, beləcə Araz bəyin adı hallanmayacaqdı. ArazƏlizadə bizi söz atmaqla gündəmə gəlmək istəyir.”



Yazar Nicat Həşimzadə: "Mənə elə gəlir ki, Araz Əlizadə gənclərə qarşıbelə aqressiv münasibət göstərməsə yaxşı olar. Gənclərin indi onsuz da problemləriçoxdur. Maddi problemlərə görə kitab çapı gecikir, yaş keçir, ailə qura bilmirlər.Bəziləri 35-40 yaşına çatıb, kirədə qalır, evi yoxdur. Bütün bu çətinliklərəbaxmayaraq dünyaya qəlbini bağlamayıb yaradıcılıqla məşğul olur. Gənc başqa nəetməlidir? Kitab oxuyurlar, kitab yazırlar. Azərbaycanda ciddi müəlliflərinkitabları çox az satılır təəssüf ki. Bu qədər problemə rəğmən sənətə sığınanadamlara dəyər vermək lazımdır. Gənc yazıçılara qarşı münasibətdə gərək çox həssasolasan. Mən Araz Əlizadə ilə görüşsəydim, sual verərdim ki, gənc yazıçılarıoxuyurmu? Konkret olaraq hansı gənc yazıçıları tanıyır. Bir zamanlar ölkəmizinmüstəqilliyinin əleyhinə səs verən bəziadamlar indi də biz gənclərin əleyhinə səs verirlər. Araz Əlizadə nəzərəalmalıydı ki, yanlış nümunələrlə böyüdülən, tərbiyə edilən yeni nəsil hələ indimüəyyən qədər toparlana, özünə gələ bilib. Lap deyək ki, indi hansısa gəncyazıçı istedadsızdır, yenə də ona dəstək olmaq lazımdır, bilmək olmaz 10 ilsonra nə yazacaq. Hüqonun şeir kitablarını dayısı alıb yandırmışdı. Çünki şeirlərçox zəif alınmışdı. O zaman Hüqo çox gənc idi, dayısından incimişdi. İllərsonra dayısını anladı və həmin Hüqo "Səfillər” kimi möhtəşəm roman yazdı. Gəncyazıçılar haqqında danışmazdan öncə onların kitablarını oxumaq lazımdır.”




Şair Seymur Su: "Hörmətli Araz Əlizadə ilk öncə istedadın nəolduğunu bildirsin, sonra belə bir iddia etsin. Gənclər arasında istedadsızlarçox ola bilər, bəs istedadı hansı ölçü cihazıyla ölçürlər, onu anlamaqda çətinlikçəkirəm. Araz Əlizadə boyla, çəkiylə, təhsillə, intellektlə və ya hansıparametrlə istedadı müəyyən etdi də, mən anlamadım? Bu iddianı edən səbəbini və konkret yazaradlarını çəkməlidi. Millətin bu ümumən danışma xəstəliyi bizi də xəstə edəcək.”