adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Fevral 2015 12:27
3604
GÜNDƏM

Gənclər flashmob hazırladı - “Xocalıya ədalət” - Video

Saatlırayonunda Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş "Xocalı soyqırımı -bəşəriyyətin faciəsi” adlı konfrans keçirilib.

"GənclərinSosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumatagörə, Saatlı rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, H. Əliyev Mərkəzivə "Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığıilə keçirilən tədbirdə açıq səma altında Sabirabad rayon M. Ə. Sabir adına 1 saylıorta məktəbin şagirdləri və müəllimlərinin hazırladıqları "Xocalıya ədalət” adlıflashmob nümayiş etdirilib, Saatlı rayon məktəblərinin təşkil etdiyi rəsm sərgisikeçirilib.

KonfransXocalıda ermənilər tərəfindən amansızlıqla qətlə yetirilən soydaşlarımızınxatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Gənclərvə İdman İdarəsinin rəisi Elçin Qiyasov Xocalı soyqırımı ilə, ermənilərin törətdiklərivəhşiliklərlə bağlı konfrans iştirakçılarına məlumat verib. Əlavə edib ki,rayon gəncləri də bu faciənin tanıdılması istiqamətində fəaliyyət göstərirlər.

Sonra ƏləddinŞükürov adına orta məktəbin şagirdləri tərəfindən hazırlanmış "Tarixi faciəniunutmayaq” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

"GənclərinSosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin üzvü Vüsal Əhmədov çıxış edərəkXX əsrin ən dəhşətli faciələrindən olan Xocalı faciəsinin dünyada soyqırım kimitanınması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti LeylaƏliyevanın "Xocalıya Ədalət” kampaniyasından danışıb, ümidvar olduğunu bildiribki, beynəlxalq aləm bu qanlı faciəni törədənləri ədalət məhkəməsinə cəlb edəcək.Bundan başqa, V. Əhmədov təmsil etdiyi təşkilatın könüllülərinin Xocalısoyqırımının ildönümü ilə əlaqədar təşkiletdiyi tədbirlərdən danışıb.

Saatlırayon İcra Hakimiyyəti başçısının müavini, İctimai - siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova çıxışedərək Xocalı faciəsinin xalqımızın qan yaddaşı olduğunu, tarixi faciələrimizinheç vaxt unudulmayacağını konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Sonda MəşədiƏzizbəyov adına 2 saylı məktəbin İngilis dili müəllimi Aygün Süleymanova "XocalıyaƏdalət” kampaniyasına dəstək məqsədilə Beynəlxalq təşkilatlara, ölkəmizdə fəaliyyətgöstərən səfirlik və xarici ölkə nümayəndələrinə ingilis dilində müraciət ünvanlayıb.