Gəncədən hərbi hissələr köçürülür
Bu il 6, gələn il isə 5 hərbi hissə Gəncədən çıxarılacaq.
Adalet.az xəbər verir ki, bu barədə açıqlamanı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu ilin I rübunun yekunlarına həsr edilən iclasda bildirib.
E. Vəliyev deyib ki, ölkə rəhbərinin tapşırığı ilə Gəncənin ətrafında hərbi hissələr üçün yeni binalar tikiləcək və Gəncənin mərkəzində olan hissələr ora köçürüləcək.
İcra başçısı qeyd edib ki, bu ilin sonuna kimi 6, gələn il isə 5 hərbi hissənin köçürülməsi planlaşdırılır.
E. Vəliyevin sözlərinə görə, hissələr köçürüldükdən sonra 800 hektar torpaq sahəsi boşalacaq və bu ərazilərdən şəhərin baş planına uyğun olaraq istifadə ediləcək.
Digər Xəbərlər
29 Aprel 2024 17:09
Sabirabadda 28 yaşlı gənci "tok" vurdu
29 Aprel 2024 15:30Minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİB
29 Aprel 2024 14:42Vasif Səmədov VƏFAT ETDİ
29 Aprel 2024 13:51Türkiyədə dəhşət: Gəlin və qaynana təndirdə yandı
28 Aprel 2024 21:30