Gəncədə faciə: Bir ailənin 3 üzvünü maşın vurdu
Gəncə şəhərində bir ailənin 3 üzvünü maşın vurub.
Adalet.az "Report"a istinadən məlumat verir ki, hadisə şəhərinAbbas Səhhət küçəsində baş verib.
Belə ki,Samux rayonunun Hacıallı kənd sakinləri - 1957-ci il təvəllüdlüTanrıverdi Əhməd oğlu Musayev, onun həyat yoldaşı, 1957-ci il təvəllüdlüMaya Xəlil qızı Musayevavə gəlinləri, 1992-ci il təvəllüdlüPəri Fəxrəddin qızı Musayevanıyolu keçmək istəyərkən avtomobil vurub.Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti kafi, digərlərinki isə normal qiymətləndirilir.
Qəzanı törədən sürücü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.