adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Yanvar 2019 18:00
10890
KRİMİNAL

Gəncədə evdən 10 min manatlıq qızıl əşyalar oğurlayan şəxs tutulub

Gəncədə evdən 10 min manatlıq qızıl əşyalar oğurlayan şəxs tutulub.

DİN-dən Adalet.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 24-də şəhər ərazisindəki evlərin birindən 800 manat, 10.000 manat dəyərində qızıl-zinət əşyaları və parfümeriya oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini Elnur Nuriyev, Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Vüsal Əliyev və Əliyar Əliyev saxlanılıblar.