adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Noyabr 2014 12:11
4160
ƏDƏBİYYAT

Gəncədə çağdaş ədəbiyyat müzakirə olunub

AzərbaycanYazıçılar Birliyinin Gəncə bölməsində növbəti iclas keçirilib. Adalet.az xəbərverir ki, məlumatına görə, bölmənin sədri Xəzangül Hüseynova ilk olaraq nəzərdətutulan və hazırlıqlarına başlanılan bir çox işlər haqqında məlumat verib. Gəncəədəbi mühitinin nümayəndələri çıxış edərək təkliflərini bildiriblər.

Vaxtilə təkcə Gəncə deyil, bütün Azərbaycan ədəbi mühitində özünəməxsusluğu iləyaddaşlara hopan "İlham” ədəbi birliyinin yaradıcısı və rəhbəri olmuş yazıçıQərib Mehdi isə çağdaş ədəbiyyatla bağlı fikirlərini səsləndirib.

İclasın sonunda qərara alınıb ki, bundan sonra AYB Gəncə bölməsinin keçirəcəyitədbirlər, görəcəyi bütün işlər mətbuatda işıqlandırılmalı, müəlliflərinyaradıcılıqları müntəzəm təbliğ olunmalıdır.