adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Fevral 2020 20:00
24199
KRİMİNAL

Gəncə sakinindən yarım kiloqramdan çox tiryək götürülüb

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini S.Əzizov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Kəpəz RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri birgə əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əzizov saxlanılmışdır.

Şəxsi axtarış zamanı ondan 12 qram, evindən isə 532 qram tiryək aşkar edilərək götürülmüşdür.