adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Iyun 2019 16:50
18655
ƏDƏBİYYAT

Gənc şair İntiqam Yaşar Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı seçildi

Dünya Gənc Türk Yazarlar Birliyinin AzərbaycanRespublikası Gənclər Təşkilatları Milli Şurasının ofisində ümumi yığıncağıkeçirilib. Təşkilatın ötən ümumi yığıncaqdan bu günə qədər göstərdiyifəaliyyətə qiymət verilib, seçkili orqanların gördüyü işlərə nəzər salınıb vəmüsbət qiymətləndirilib. Təşkilati məsələlər də daxil olmaqla, nizamnamədənəzərdə tutulmuş əlavə və dəyişikliklər müzakirə edilib və səs çoxluğu iləqəbul olunub. Bundan sonra təşkilatın seçkili orqanının idarə heyətiadlandırılması qərara alınıb və idarə heyətinin yeni tərkibi formalaşdırılıb.Ümumi yığıncaqdan sonra İdarə Heyətinin ilk iclasında yekdilliklə İntiqam Yaşarİdarə Heyətinin başqanı seçilib.

Qeyd edək ki, təşkikata 1998-2013-cü illər tanınmışşair-publisist Əkbər Qoşalı, 2013-2014-cü illər yazıçı-dramaturq RəvanTohidoğlu, 2014-2016-cı illər yazar Əfsanə Ələsgərli rəhbərlik etmişdir.2016-cı ildən təşkilatın Məclis başqan əvəzi olan İntiqam Yaşar artıqfəaliyyətini İdarə Heyətinin başqanı olaraq davam etdirəcəkdir.

***

Dünya Gənc Türk Yazarlar Birliyinin yeni başqanıkimdir?

İntiqam Yaşar (Cavanşir İntiqam Yaşar oğlu) 3 oktyabr1990-cı ildə Gədəbəy rayonunda anadan olub. Azərbaycan Universitetinin Filologiyafakültəsini bitirib. "İlk görüş”(2012), "...və susarsan” (2016 ), "Evdəyoxam" (2018) adlı şeir kitabları çap olunub. 2009-cu ildən Dünya GəncTürk Yazarlar Birliyinin üzvü, 2013-cü ildən Məclis üzvü, 2016-cı ildən MəclisBaşqanı əvəzi olub. Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi bir sıralayihələrin rəhbəri olub. 2018-ci ildə Özbəkistanın Səmərqənd şəhərində təşkilolunan "Səmərqənd şeir axşamları" adlı beynəlxalq tədbirdəAzərbaycanı təmsil edib, 2019-cu ildə Dünya Gənc Türk Yazarlar Birliyininnümayəndəsi kimi Özbəkistanın "Gənc Yaradıcılar Birliyi" təşkilatıilə birgə əməkdaşlığa dair Memorandum imzalayıb. Azərbaycan YazıçılarBirliyinin üzvüdür. 2015-ci ildə Azərbaycan Prezidentinin Təqaüd Fondununtəqaüdünə layiq görülüb. AYB-nin təşkilatçılığı ilə keçirilən "Ən yaxşı şeir”müsabiqəsinin qaliblərindən olub. Mətbuatda mütəmadi olaraq müxtəlif məzmunluyazılarla çıxış edir. 2015-ci ildəki uğurlu fəaliyyətinə görə AzərbaycanRespublikası Gənclər və İdman Nazirliyinin "Gənclər mükafatı”-na layiq görülüb.2019-cu ildə Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi "Uğur"mükafatına layiq görülüb. Şeirləri yerli türkcələrə uyğunlaşdırılaraq,Özbəkistanda, Türkiyədə, Qazaxıstanda nəşr olunan dərgilərdə və antologiyalardayayınlanıb.