Gənc qız burun əməliyyatından sonra komaya düşdü – Anestezioloqdan şok açıqlama - VİDEO
Bu ilin aprel ayında Bakıda "MedAura" Klinikasında rinoplastika əməliiyatı keçirən 34 yaşlı Nigar Budaqlı düz altı aydır yataq xəstəsidir. Hazırda kritik durumu davam edir.
Adalet.az Xəzər TV-yə istinadən bildirir ki, zərərçəkənin ailəsi əməliyyatı icra edən lor-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanı təqsirkar hesab edir. Onlar iddia edirlər ki, Nigar Budaqlı əməliyyat zamanı həkimlərin səhlənkarlığı nəticəsində kliniki ölüm vəziyyətinə düşüb.
Əməliyyatı icra edən həkim-cərrah Yaqub Əsədi ilə telefon əlaqəsi saxladıq. O, İranda olduğunu bildirdi və suallarımızı cavablandırmaqddan imtina etdi. Anestezioloq Cəmilə Əliyeva isə Nigar Budaqlının əməliyyatında iştirak etmədiyini deyir.
Anestezioloqun cərrahi əməliyyatdan kənarlaşdırılmasına icazə verdiyi iddia olunan "MedAuranın" heçmiş baş həkimi Nigar Məhəmmədova ilə də telefon əlaqəsi saxladıq. Nigar Məhəmmədova klinikaya rəhbərlik etdiyi dövrdə Cəmilə Əliyevanı yol verdiyi məsuliyyətsizliyə görə işdən kənarlaşdırdığını dedi.
Daha ətraflı videomaterialı təqdim edirik.
Digər Xəbərlər
06 Noyabr 2026 11:15
Mövsümi xəstəliklərlə bağlı əhaliyə çağırış
05 Noyabr 2026 10:44
Polad Həşimovun anasının vəziyyəti açıqlandı
05 Noyabr 2026 09:35
Göbələkdən zəhərlənmənin baş verməməsi üçün nələrə diqqət yetirməliyik?
05 Noyabr 2026 09:30
Sağlam qidalanma ilə bağlı - Bilməli olduğunuz vacib məqamlar
04 Noyabr 2026 13:23
İcbari Tibbi Sığorta Fondunun gələn il üçün proqnozlaşdırılan gəlir və xərcləri məlum oldu
03 Noyabr 2026 11:17
Ölkələrin səhiyyə indeksi açıqlandı - Azərbaycan 92-ci pillədədir
03 Noyabr 2026 08:32
Quş qripi təhlükəsi böyüyür: insandan insana keçə bilərmi?
03 Noyabr 2026 08:07


Bakı -°C

