adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Sentyabr 2014 13:42
11398
KRİMİNAL

Gənc müğənni qəzada öldü

24 yaşlı müğənni bir sıra mahnı müsabiqələrinin iştirakçısı və laureatı olub 


Sentyabrın 26-na keçən gecə Bakıda baş vermiş dəhşətli qəza ilə bağlı bəzi məqamlar üzə çıxıb. 
Adalet.az xəbər verir ki,  Xətai rayonu ərazisində, Zığ yolunda "VAZ 2107”, "Opel” və "QazEl” markalı avtomobillərin toqquşması nəticəsində həlak olan 24 yaşlı Bayramova Samirə Afət qızı müğənnidir. O, bir sıra mahnı müsabiqələrinin iştirakçısı və laureatı olub.

S.Bayramova bir müddət əvvəl ailə həyatı qurubmuş və hamilə imiş.

S.Bayramova həzin səsi ilə bir çox tanınmış müğənnilərin diqqətini çəkib, onun ifa etdiyi mahnılar radiolarda səsləndirilib.