adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Yanvar 2015 13:19
2304
MƏMLƏKƏT

Gənc məzunların ictimai fəaliyyət imkanları genişləndirilir

Müasir Gənclik və Sosial İnkişaf İctimaiBirliyi” Azərbaycan Respublikası Gəclər və İdman Nazirliyinin dəstəyi ilə  Beyləqan, İmişli rayonlarında " "Gəncməzunların təhsildən sonrakı ictimai fəaliyyətinin stimullaşdırılması”mövzusunda tədbir keçirib. Tədbiri açıq elan edən Etibar Əsədov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevingənclərə göstərdiyi  diqqət və qayğısı,bizi bu istiqamətdə daha da aktiv olmağa səfərbər  edir.Onun sözlərinə görə, son dövrlər ölkəmizin ictimai həyatında xeyli sayda yeniqanunvericlik normaları qəbul edilərək formalaşıb: "Bu qanunvericilik normaları gənclərin daha yaxşı vəhərtərəfli təmin olunmuş həyat tərzinin yaxşılaşmasına yönəlmişdir. Gənclərinhərtərəfli inkişafı və stimullaşdırılmasına yönəlmiş yeni qanunlar qəbuledilmişdir. Yaxın illərdə gənclərin, yeniyetmələrin inkişafı haqqında, gənclərsiyasəti haqqında, təhsil haqqında, qanunlar qəbul edilmişdir”. 

E.Əsədov bildirib ki, regionlarda İşsiz məzunların informasiya bankınınyaradılması – onların inisialları, təhsili, ixtisasları, bacardığı digər işlərvə s. haqqında ətraflı məlumatları özündə toplayan işsiz qalan gənc məzunlarınelektron statistikasının aparılması və onların geniş spektrdə PR işininqurulması gənclərin fəaliyyətinin effektiv qurulması üçün daha çox ehtiyac duyulanməsələlərdir: "Regionlarda Mövcud istedadlı gənclər kapitalı informasiyatexnologiyaları vasitəsilə davamlı şəkildə geniş təbliğ olunmalıdır.Sahibkarlar, iş adamları  potensiallıgənclərin imkanlarından istifadə etməlidirlər”.

Lahiyənin eksperti Dadaş Əhmədov bildirib ki, passiv vəziyyətdə olanməzunların elektron informasiya texnologiyalarından istifadə etməklə işçimühitə transformasiyası işinin qurulması gənclər siyasətinə öz effektivtöhfəsini verər: "Cəmiyyət həyatında passiv vəziyyətdə olan, işsiz qalanməzunların yerli hakimiyyət strukturları, dövlət və özəl təöşkilatlar,sahibkarlar, KİV-lə əməkdaşlıq və informasiya mübadiləsi işinin qurulmasıonların fəaliyyət aktivliyinin genişlənməsinə, imkanlarının reallaşdırılmasına,iş tapmasına, informasiya ötürücülüyünə, gənc məzunlar haqqında cəmiyyətdəgeniş məlumatların formalaşmasına səbəb ola bilər”.

Tədbirdə çıxış edən digər natiqlər  gənc məzunların təhsildən sonrakı həyatınınelektron izlənilməsi və problemlərinin elektron idarəedilməsi praktikasıartırılması, təhsildən sonra təyinatın və planlaşdırmanın az mövcud olduğu birvaxtda məzunların təhsildən sonra professional fəaliyyətlərinimüəyyənləşdirməyə, iş tapmağa, XXI əsrin yeni yaradıcı ixtisaslarınayiyələnməyə, ixtisaslarını artırmağa, təkrar təhsil almağa, özünütəkmilləşdirməyə dəstək olmağın zəruriliyini bildiriblər.

Qeyd olunub ki, gənclərin öz imkan vəbacarıqlarını təqdim etməsi üçün dövlət və özəl təşkilatlar, sahibkarlar,biznesmenlərlə işsiz məzunlar arasında effektiv informasiya texnologiyalarındanistifadə etməklə tanışlıq modeli qurulmalıdır: "Cəmiyyət həyatında passivvəziyyətdə  olan, işsiz qalan məzunlarınyerli hakimiyyət strukturları, dövlət və özəl təşkilatlar, sahibkarlar,KİV-lə  əməkdaşlıq və informasiya mübadiləsiişinin qurulması onların fəaliyyət aktivliyinin genişlənməsinə, imkanlarınınreallaşdırılmasına, iş tapmasına, informasiya ötürücülüyünə, gənc məzunlarhaqqında cəmiyyətdə geniş məlumatların formalaşmasına səbəb ola bilər. Passivvəziyyətdə olan məzunların elektron informasiya texnologiyalardan istifadəetməklə işçi mühitə transformasiyası işinin qurulması gənclər siyasətinə özeffektiv töhfəsini verə bilər”.