Bu sui-istifadədir: Müştərini iyrəndirməyin!

"Hər ay danışmadığım 2 manatlıq dəqiqələrimi ogurlayanlar, sizə ayıb olsun!"
Bunu 2 ay öncə 3-cu mikrorayon kruqunda yerləşən Azersell ofisində demişəm . Çünki telefonuma yüklədiyim 4 manatliq konturla anamla sadəcə 1 dəqiqədən də az danışıb qurtarandan sonra gələn sms bildirişdə yazılmışdı ki, 2 manat 10 qəpik silindi . Anladım, 10 qəpiklik danışdım, bəs 2 manat niyə tutuldu?
Getdim ofisə və bildirdilər ki bu bütün Azersell abunəcilərindən tutulacaq, istəyirsən danış istəmirsən danışma! 2 manat bizimdir! Xoşun gəlmir , Azersell işlətmə!
#BoycotAzercell kampaniyasına qoşuluram!
Xatırladaq ki, "Azercell” 1 iyuldan etibarən tətbiq edəcəyi yeni şərtlər.
Nömrənin aktiv qalma müddəti yüklənən məbləğə görə aşağıdakı kimi olacaq:
1-1,99 manat – 1 gün;
2-2,99 manat – 2 gün;
3-4,99 manat – 3 gün;
5-9,99 manat – 5 gün;
10-24,99 manat – 10 gün;
25-49,99 manat – 25 gün;
50-99,99 manat – 50 gün;
100 + manat – 50 gün.
Əntiqə Rəşid