Gedişhaqqı bahalaşdı, bəs xidmət necə olacaq?
Hər dəfə qiymətlər bahalaşanda deyirlər ki, xidmətin də keyfiyyəti yüksələcək. Məsələn,bir vaxtlar suyun qiyməti qalxanda dedilər ki, suyun keyfiyyəti yüksələcək, mənzillərə fasiləsiz su veriləcək.
Amma qiymətlər artandan sonra bizim yaşadığımız Yeni Günəşli yaşayış sahəsinin “D” massivindəki 13-cü binada nə suyun keyfiyyəti yaxşılaşdı, nə də fasiləsiz su verildi. Yəni, indi bizim binaya səhər və axşam saatlarında 2 saat su verilir.
İndi də avtobuslar və metronun qiymətinin 10 qəpik bahalaşması, onların dediyinə görə, xidmətin keyfiyyətini yaxşılaşdırmalıdır. Ancaq fevralın 3-dən qiymətlər bahalaşsa da, avtobus və metrodaxidmət keyfiyyəti elə əvvəlki kimidir.
Bilmirik, bu məmurlar bahalaşma üçün nə qədər bəhanələr gətirəcək və yalanlar danışacaqlar?!
Emil FAİQOĞLU
Digər Xəbərlər
05 Aprel 2026 10:12
Çəpiş ətinə tələbat niyə artıb?
03 Aprel 2026 16:11
Sabahdan yağış başlayır - XƏBƏRDARLIQ
03 Aprel 2026 13:10
Şənbə günü intensiv yağış yağacaq, şimşək çaxacaq
03 Aprel 2026 12:23
Azərbaycana turist axını azalıb
03 Aprel 2026 11:23
Əhmədbəyli–Füzuli–Şuşa yolu ödənişli olacaq
02 Aprel 2026 23:03
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
02 Aprel 2026 16:43
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
02 Aprel 2026 16:35


Bakı -°C

