Gediş haqqı bahalaşsa...
Bakıda avtobusda və metroda gediş haqqının bahalaşması ilə bağlı aidiyyatı qurumlar Tarif Şurasına və Hökumətə müraciət ediblər. İndi müraciət ətraflı araşdırılır. Biz yerüstü və yeraltı nəqliyyatın sahiblərini də qınamırıq. Gəlin onunla razılaşaq ki, bu gün metrodan və yerüstü nəqliyyatdan istifadə edənlər kasıb adamlardır. Yəni onlar tələbələrdi, təqaüdçülərdi və digər az məvacib alan insanlardı. Əksəriyyət varlı adamlar heç ömrü boyu metrodan istifadə etmir və qiymətlər də qalxsa, bax, ilk növbədə az məvacibli insanlar və tələbələr əziyyət çəkəcəklər.
Dünyanın heç yerində nəqliyyat gəlirlə işləmir. Yəni dövlət hər il onlara dotasiya verir. Və biz də inanırıq ki, hökumət metroda və avtobuslarda gediş haqqının bahalaşmasına imkan verməyəcək. Ən azından ona görə ki, ölkədə çox şeyin qiyməti bahadı və nəqliyyatda da gediş haqqı bahalaşsa, bu, insanların narazılığına gətirib çıxaracaq. Hər halda, hökumətimiz aztəminatlı ailələrin və tələbələrin həmişə taleyini fikirləşib və onların mənafeyinə uyğun addım atıb.
Yəqin bu dəfə də belə olar!
Emil FAİQOĞLU
Digər Xəbərlər
30 Mart 2026 13:16
Güclü yağışdan sonra paytaxtda genişmiqyaslı daxili iməcilik keçirildi - FOTOLAR
28 Mart 2026 23:56
Piyadalara su sıçradan sürücülər cəzalanacaq - VİDEO
28 Mart 2026 21:06
Kommunal xidmətlər səfərbər oldu: Yağışın fəsadları aradan qaldırılır - FOTOLAR
28 Mart 2026 17:20


Bakı -°C

