adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Fevral 2018 12:34
17243
MƏMLƏKƏT

Gədəbəydə yetişdirilən fərqli alma və armud sortları

Azərbaycanda bağçılıq təsərrüfatı demək olar ki tənəzzül dövrünüyaşayır. Bir müddət əvvəl yerli meyvələrlə bəzədilən bazar piştaxtaları, marketvə pərakəndə satış obyektlərində indi mənşəyi məlum olmayan meyvələr meydansulayır. Redaksiyamıza müraciət edən Kərəm Nəbiyev də bu kimi problemlərdənqaynaqlanaraq bağçılıq təsərrüfatının inkişafı ilə bağlı bir sıra təkliflərininolduğunu dilə gətirdi. Onun sözlərinə görə, bu istiqamətdə davamlı addımlaratmaqla, sahibkarlara dövlət qayğısınıartırmaqla ciddi irəliləyişlərə nail olmaq olar. K.Nəbiyev onu da deyib ki,regionlarda bunun üçün gözəl imkanlar var. Belə ki, dağlıq və dağətəyirayonlarda olan meşə massivlərinin bir çoxunda eləcə də ailə kəndli təsərrüfatlarınaməxsus ərazilərdə tingçilik yolu ilə meyvəçiliyi dirçəltmək olar.

K.Nəbiyev özünün meşəçi ailəsində doğulub boya başa çatdığını deyir.Qeyd edir ki, uzun illər foto muxbir vəzifəsində çalışıb. Eyni zamanda AzərbaycanTəbiəti Jurnalı ilə yaxından əməkdaşlıq edib: "Gədəbəy rayonunda meşəçi ailəsindədoğulmuşam. Görünür təbiətə sevgi-marağım ordandır. Reportyoqluq kursunu bitirmişəm. Mngəçevir qəzetindəçalışmışam. Bir müddət də sinif müəllimi olmuşam. Sonralar isə Azərbaycan Təbiəti jurnalı çapagedən vaxtdan bu jurnalla əməkdaşlıq etmişəm. Adakemik Həsən Əliyevlə müxtəlifyerlərdə olmuşam”.

Həmsöhbətim deyir ki, Gədəbəydətingçilik yolu ilə alma və armud ağacları yetişdirib: "Deyirlər bağa baxarsanbağ olar, baxmarsan dağ olar. Bizdə Gədəbəydə də özümə məxsus təsərrüfatım var.Bağımda 200-dən artıq ağac var ki, bu ağaclara xüsusi qulluq edirəm. Günlərinbir günü tingçilik yolu ilə fərqli növdə alma və armud yetişdirməyi qəraraaldım. Oğuzdan qızıləhmədi almasının tingini gətirib fərqli üsulla ting elədim.Nəticədə isə həm çəkisi, həm görünüşü fərqli alma sortu yetişdi. Bu almalarınbirinin çəkisi 550 qramdır. Eyni zamanda həm çox şirin həmdə ki, tez yetişir.Armudlar da həmçinin həm çəkisinə görə, həm də yetişməsinə görə fərqlidir. Palmetlə, ting etdiyim alma sortu isə bütün Gədəbəydəmaraqla qarşılanıb”.

K.Nəbiyev onu da bildirib ki, hazırda bu tingləri çoxaltmaq yönündəiş aparır. Ancaq bir sıra problemlər var: "Bu tngləri çoxaltmaq yönündədüşünmüşəm. İstəyirəm ki, bazarlardayerli məhsullarımız olsun. Nəyə görə, GMO məhsulları yeməliyik, xaricdən bahaqiymətə alırıq onların necə və hansı üsulda yetişdirildiyindən xəbərimiz beləyoxdur. Qohum əqrəba, kənd sakinləri məndənbu tingi istəyirlər. Mən onlara bunu hədiyyə edirəm. 5 ildən artıqdır ki,yetişdiridiyim bu sortla bağlı aidiyyatı qurumlara da müraciəöt etmişəm. Buyaxınlarda Kənd Təsərrüfatı Nazirliyində də görüşlərim olacaq. İstəyim odur ki,dövlət bizə bir az dəstək olsun bu sahəni daha da inki.af etdirək. Gədəbəydəmeşə təsərrüfatı ərazisində olduqca geniş yrlər var. Həmin yerlər tam istifadəsizdir.Yaxşı olar ki, həmin ərazilərdə meyvəçiliyin inkişafı ilə bağlı addımlaratılsın”.

Ədil Ədilzadə