Gədəbəydə qar uçqununa düşən əsgərin cənazəsi ailəsinə təhvil verildi

Gədəbəydə qar uçqununa düşən əsgərin cənazəsi ailəsinə təhvil verilib.
Adalet.az Trend-ə istinadla xəbər verir ki, 19 mart tarixində Azərbaycan Respublikasının Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində qar uçqununa düşən əsgər Həmidov Rüstəm Ruslan oğlunun tapılan meyiti ailəsinə təhvil verilib.
Əsgər R.Həmidovun ailəsi Bərdə şəhərində məskunlaşdığından onun cənazəsi yaşadığı ünvana gətirilib.
R.Həmidov bu gün Bərdə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri dünən aşkar edilib.
Digər Xəbərlər
27 Oktyabr 2025 09:11 "Ölüm var, Allah rəhmət eləsin, dahilər də ölür" - Qəza törədən "Range Rover" sürücüsü - VİDEO
27 Oktyabr 2025 08:48 Dağlıq ərazidə köməksiz qalan şəxs xilas edildi - VİDEO
27 Oktyabr 2025 08:41 Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 İL ÖTÜR
25 Oktyabr 2025 12:13 

Bakı -°C 










