Gecə saatlarında ambulansda körpə dünyaya gəldi - FOTOLAR
İsmayıllıda əlverişsiz hava şəraitinə görə doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib.
Adalet.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, rayonun Zərnəva kənd sakinləri doğuş üçün yaxınlarını gecə saatlarında şəxsi avtomobil vasitəsilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına apararkən yağıntılı - əlverişsiz hava şəraiti səbəbindən yol keçilməz olduğuna görə Təcili tibbi yardım stansiyasına çağırış veriblər.
Çağırışa uyğun olaraq təcili tibbi yardım briqadası rayon mərkəzindən 21 km uzaqlıqda yerləşən əraziyə yollanıb. Hamilə qadın Zərnava körpüsü üzərindən piyada keçirilərək briqadaya təhvil verilib. Bundan sonra doğuş prosesi saat 01:30-da elə yolda, təcili tibbi yardım avtomobilində baş tutub və bir oğlan uşağı dünyaya gəlib.
Tibbi briqadadan verilən məlumata görə, gecə saatlarında əlverişsiz hava şəraiti səbəbindən avtomobillə hər iki tərəfə keçid mümkünsüz olub.
Xəstəxanaya çatdırılan ana və körpənin vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Digər Xəbərlər
02 Oktyabr 2026 15:44
Yaş saçla yatmayın: Bu riski artıra bilər
02 Oktyabr 2026 15:36
“Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib
01 Oktyabr 2026 09:20
2-10 yaş aralığında olan azyaşlılar yoluxur - Uşaqlar üçün həyəcan təbili - VİDEO
30 Sentyabr 2026 17:43
Tükənmişlik sindromu yaşayanlar oxusun
30 Sentyabr 2026 15:22
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
30 Sentyabr 2026 10:44
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır - VİDEO
29 Sentyabr 2026 13:08
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir
29 Sentyabr 2026 11:52


Bakı -°C

