adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 May 2024 17:18
303
DÜNYA

"Gec-tez razılığa gələ biləcəyik" - Mirzoyan

"Mən Ermənistanın sülh gündəliyinə sadiqliyini bir daha təsdiq edirəm"

Adalet.az xəbər verir ki, bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Macarıstandan olan həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib. 

"Biz danışıqlarda səmimi və xoş niyyətlə iştirak edirik və əminik ki, sülhün bərqərar olması həm Ermənistanın, həm də Azərbaycanın maraqlarına cavab verir. Qarşıdan gələn danışıqlarla bağlı nikbinliyimi bildirmək istəyirəm. Bu “pinq-ponq” diplomatiyası çərçivəsində biz artıq bir sıra maddələr və məsələlər üzrə razılığa gələ bilmişik", - deyə o bildirib.

 Nazirin sözlərinə görə, iİki ölkə Alma-Ata bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıdığını qarşılıqlı şəkildə təsdiqləyir və demarkasiya da həmin bəyannamə əsasında aparılır: 

Mirzoyan vurğulayıb ki, Ermənistan və Azərbaycan hələ də regionda nəqliyyat infrastrukturlarının blokdan çıxarılması ilə bağlı tam qarşılıqlı anlaşmaya malik deyillər, lakin İrəvan Ermənistanın Azərbaycanla bütün nəqliyyat infrastrukturlarının açılmasında maraqlıdır: "Bu məsələlərdə mən hesab edirəm ki, gec-tez razılığa gələ biləcəyik, çünki dövlət başçıları və baş nazirin müavinləri məsələsində müəyyən anlaşma var. Bütün bunları sülh müqaviləsində aydın şəkildə qeyd edə bilsək, sülhün bərqərar olması baxımından bir yerə çatdığımızı deyə bilərik".