DİN müharibə şəraitində olan Ukraynada mürəkkəb bir kiberəməliyyatı necə həyata keçirib?
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Ukrayna polisi ilə birgə əməliyyat keçirib. Azərbaycan vətəndaşlarını hədəfə alan və Ukraynada yerləşən beynəlxalq kiberdələduzluq şəbəkəsi ifşa edilib. Təşkilatçıları da daxil olmaqla 11 nəfər saxlanılaraq Azərbaycana gətirilib.Əməliyyatla bağlı artıq kifayət qədər məlumat yayılıb. Mən isə bu əməliyyatın daha çox texniki-texnoloji və təşkilati baxımdan spesifik məqamlarına diqqət çəkmək istərdim”.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb.
O, bildirib ki, burada əsas diqqət çəkən məqam ayrı-ayrı kiberdələduzların deyil, bütöv bir şəbəkənin, həm də fiziki olaraq xaricdə oturuşan bir mütəşəkkil kiber şəbəkənin ifşasından söhbət gedir:
“Düşünürəm ki, belə bir şəbəkənin üzə çıxarılması, xüsusilə də onun xaricdəki təşkilatçılarına qədər gedib çıxılması, böyük ehtimalla, uzunmüddətli və mürəkkəb texniki-texnoloji, əməliyyat-axtarış və analitik iş tələb edib. Burada beynəlxalq zənglərin və rəqəmsal izlərin təhlili, bank kartları üzrə maliyyə əməliyyatlarının izlənilməsi, Telegram üzərindən əlaqələrin araşdırılması, pulların kriptoya çevrilməsinin müəyyənləşdirilməsi və s. bu kimi uzunmüddətli işlərin aparıldığı diqqət çəkir. Əlbəttə, DİN bu əməliyyatda istifadə olunan konkret texnoloji və analitik mexanizmləri açıqlamayıb. Amma nəticələr belə bir mürəkkəb şəbəkənin müəyyənləşdirilməsi üçün ciddi araşdırma , ölkədaxili və xarici koordinasiya aparıldığını düşünməyə əsas verir. Düşünmək olar ki, bu prosesdə banklar, mobil operatorlar, təhlükəsizlik qurumları da iştiark ediblər. Burada bir məqamı da nəzərə almaq lazımdır. Ukrayna uzun illərdir transmilli kibercinayətkar şəbəkələrin, o cümlədən müxtəlif ölkələrin vətəndaşlarını hədəfə alan saxta “Call Center”lərin fəaliyyət göstərdiyi məkanlardan biri kimi tanınır. Bu ölkədə kiberdələduzluq şəbəkələrinin mövcudluğu barədə əvvəllər də məlumatlar yayılıb. Belə bir mühitdə, üstəlik müharibə şəraitində, xarici hüquq-mühafizə orqanları ilə birgə əməliyyatın təşkili və cinayətkar şəbəkənin təşkilatçılarının saxlanılması xüsusi əhəmiyyət daşıyır”.
O.Gündüz deyib ki, bu əməliyyat Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin peşəkar potensialını, beynəlxalq əməkdaşlıq imkanlarını və transsərhəd kibercinayətkarlığa qarşı mübarizə qabiliyyətini göstərən ciddi uğurdur:
“Təqdirəlayiqdir.Əməliyyatın hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edənləri, xüsusilə də bu prosesdə iştirak edən bütün kiber mütəxəssisləri və analitikləri təbrik edirəm.Bu cür əməliyyatlar həm də onu göstərir ki, kibercinayətkarlıqla effektiv mübarizədə artıq yalnız ənənəvi polis metodları yetərli deyil. Bunun üçün həm də, güclü İT infrastrukturu, rəqəmsal kriminalistika və analitika, həmçinin beynəlxalq əməkdaşlıq çox vacibdir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
04 Noyabr 2026 11:14
İpoteka götürmək istəyənlərə şad xəbər
04 Noyabr 2026 11:11
İşğaldan azad edilmiş ərazilərə ayrılacaq vəsait açıqlandı
04 Noyabr 2026 11:06
Azərbaycanda uşağın doğulmasına görə müavinət artırılacaq
04 Noyabr 2026 10:57
Ədliyyə Nazirliyi adından bələdiyyələrə saxta zənglər edilir
03 Noyabr 2026 20:34
Türkiyə PA Şişlidə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib edib
03 Noyabr 2026 19:56
Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
03 Noyabr 2026 18:31
"Nəsiminin heç kimi öldürmək niyyəti olmayıb" - Ermənistan İK sədri
03 Noyabr 2026 17:40


Bakı -°C

