adalet.az header logo
  • Bakı -°C
26 Fevral 2025 10:53
422
GÜNDƏM
A- A+

"Füzulinin Pirəhmədli və Qaraxanbəyli kəndlərinin tikintisinə başlanılacaq" - Emin Hüseynov

Bu yaxınlarda Füzulinin Pirəhmədli və Qaraxanbəyli kəndlərinin tikintisinə başlanılacaq.

Adalet.az-ın məlumatına görə, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Füzulidə işsizlik səviyyəsi 9 faizin altındadır:

"Bu onu göstərir ki, artıq həyat Füzuliyə qayıdıb".