Füzuli sakinləri pulemyot satarkən tutuldu - VİDEO
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr satmaq istəyən şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.
Adalet.az xəbər verir ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsini təşkil edən İlqar Əliyev və tanışı Xeyrulla Nəsrullayev Qaradağ rayonunda saxlanılıblar. Onların üzərindən 5 büküm ümümi çəkisi 10 kiloqram 149 qram yüksək təsiredici narkotik maddə heroin aşkar olunub. Bu şəxslər narkotik vasitələri satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiklərini bildiriblər.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Füzuli rayon sakinləri İlqar Cəfərzadə və Sərxan Heydərov saxlanılıblar. Onlar birgə 1 ədəd “PKM” modelli “Kalaşnikov” konstruksiyalı pulemyot silahı satarkən Beyləqan rayonu ərazisində tutularaq Baş İdarəyə gətiriliblər.
Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Digər Xəbərlər
06 Oktyabr 2026 11:09
Vurulan gəmi Mübariz Mənsimova məxsusdur? - VİDEO
05 Oktyabr 2026 19:28
Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu - VİDEO
05 Oktyabr 2026 12:37
Ramil Usubovun kürəkəni qəfil vəfat etdi
05 Oktyabr 2026 00:03


Bakı -°C

