Laçında daha üç SES tikilir - VİDEO
Ölkə başçısının tapşırığına uyğun olaraq “AzərEnerji” tərəfindən Laçın rayonunda ümumi gücü 10,7 meqavat olan daha üç su elektrik stansiyası (SES) inşa edilir.
Adalet.az xəbər verir ki, Şəlvə çayının Laçın rayonundan keçən hissəsində tikilən 4,59 meqavatlıq “Seyidlər”, 3,16 meqavatlıq “Bülövlü” və 2,93 meqavatlıq “Qoşasu” su elektrik stansiyalarının hər biri üçün suqəbuledici qurğular inşa olunub.
Mürəkkəb dağlıq relyefdə stansiyalara suyun çatdırılması üçün ümumilikdə, 14,5 kilometr uzunluğunda derivasiya boru xətləri çəkilib.
Hazırda hər üç stansiyada tikinti işləri yekunlaşmaq üzrədir. Stansiyalarda turbin və generatorların quraşdırılması həyata keçirilir. İşlərin yaxın aylarda başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, son 6 il ərzində “AzərEnerji” tərəfindən Laçın rayonunda ümumi gücü 72,6 meqavat olan 11 su elektrik stansiyası tikilərək istismara verilib. Yeni üç stansiyanın da istifadəyə verilməsi ilə rayonda fəaliyyət göstərən su elektrik stansiyalarının sayı 14-ə, ümumi gücü isə 83,3 meqavata çatacaq.
Hazırda Laçın rayonunun 8-10 meqavatlıq elektrik tələbatı tam olaraq su elektrik stansiyalarında istehsal olunan “yaşıl enerji” hesabına qarşılanır.
Tələbatdan artıq istehsal olunan elektrik enerjisi isə ölkənin vahid enerjisisteminə ötürülür.
Digər Xəbərlər
06 Oktyabr 2026 11:24
Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının koordinasiya iclasında iştirak edib
06 Oktyabr 2026 09:43
DYP-dən sürücülərə MÜRACİƏT
05 Oktyabr 2026 19:41
Prezidentdən dərman müəssisəsinin açılışı ilə bağlı PAYLAŞIM
05 Oktyabr 2026 19:35
İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü
05 Oktyabr 2026 19:15
FHN radiasiya təhlükəsizliyinə dair növbəti tədbir keçirdi
05 Oktyabr 2026 18:51
Prezident bu yarışın açılışında - YENİLƏNİB
05 Oktyabr 2026 18:21
Sabahdan kirayə mənzil üçün müraciətlər müvəqqəti dayandırılır
05 Oktyabr 2026 16:54


Bakı -°C

