adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 May 2020 13:33
61321
MƏMLƏKƏT

Füzuli bu gün

Heydər Əliyevinideyaları yaşayır, onun siyasətiyaşayır, onun fəlsəfəsi,ideologiyası yaşayır, onun qurduğu,yaratdığı Azərbaycan yaşayır vəonun yolu ilə inkişaf edir.


Azərbaycan Respublikasının Prezidenti cənab 

İlham Əliyev


Haqqında söhbətaçacağımız barlı bərəkətlitorpaq - Füzuli torpağıdır. Göz gəzdirərkəngördüyümüz gözəl mənzərələr, bol məhsullu zəmilər, gözoxşayan yaşıllıqlar zəhmətkeşfüzulilərin alın tərininvə bərəkətli, eyni zamanda müqəddəsvətən torpağının birgə məhsuludur.

Müqəddəs dedim... bəli, bu torpaqmüqəddəsdir

Müqəddəsdir onagörə ki, vətən uğrundacanından keçməyi bacaranoğullar yetişdirdi butorpaq... Müqəddəsdir ona görəki, qəhrəman, şəhidoğullarını doğma bağrınabasıb, özünə qovuşdurdubu torpaq... Düşməntapdağına düşdü, yağı əsarətində qaldı, lakinitirmədi məğrurluğunu, yenilməzliyinivə sadiqliyini.

1994-cü ilinyanvar ayında Ulu ÖndərHeydər Əliyevin rəhbərliyi ilə Azərbaycan MilliOrdusunun ilk mühümqələbəsi-"Horadiz əməliyyatı"da Füzuli torpağındagerçəkləşdi. Bu qələbə nəticəsindəHoradiz və 22 yaşayış məntəqəmizdüşməndən azad olundu.Doğma yurd yerlərimizdüşmən tapdağından azad olunarkən xarabalığı, viranəliyixatırladırdı. Vəhşiliyin, vandalizmin,insanlığa nifrətin hər cürizlərini görmək olardıbu yerlərdə. Biz füzulilərməcburi köçkün olduq, doğmaev - eşiyimizdən , istiyuvamızdan uzaq düşdük, çadırlarda yaşadıq, lakin "yaman günün ömrüaz olar" deyib göydəAllaha , yerdə dövlətimizə olaninam və etibarımızı heç vaxtitirmədik. Və elə buinam və etibarasığınıb qayıtdıq doğmayurd yerinə .



Dövlətimizin gücü , qayğısı və füzulilərin zəhmətkeşliyi sayəsindəindi bu torpaqlar gülüstana çevrilib. Yolların kənarındabir-birinə boy verən çinarlarbol- bərəkətli Füzuli torpağınaxüsusi gözəllik verir. Yaşılxalıya hörülmüş rəngbərəng,əlvan ilmələri xatırladan qızıl güllərHoradizi sanki çiçəklərşəhərinə çevirib. Abadlıq, təmizlik, səliqə səhman , yaşıllıq, gül-çiçək naxışına çevrilib doğmaFüzulimizin. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək" Biz burada, düşmənlə üz-üzə Horadizdəbir gülüstan, bir abad şəhər görürük".

Ölkə başçımız cənab İlham Əliyevin apardığısiyasət nəticəsində yeni-yeniuğurlara imza atandövlətimiz və qüdrətli ordumuz2016-cı ilin aprel ayındadaha bir zəfərsevincini bizlərə bəxşetdi. Horadiz şəhərində Bayraqmeydanında əzəmətlə dalğalananüçrəngli bayrağımız , Lələtəpə zirvəsindəməğrur - məğrur öz doğma yerinialan bayrağımızı salamladı.

Bu qələbə, buzəfər camaatımıza yeni ruh,yeni nəfəs gətirdi

İndi füzulilər daha böyükistəklə torpağa canverməyə - əkməyə, biçməyəbaşladılar. Ölkə başçımız cənab İlham Əliyevin neftdənasılılığın minimuma endirilməsi,aqrar sektorun canlandırılması istiqamətindəverdiyi dəyərli tapşırıqvə tövsiyələr tarixənaqrar bölgə olan Füzuli rayonunda da öz müsbətnəticələrini verməyə başladı.Ənənəvi təsərrüfat sahələrimizdən olantaxılçılıq, pambıqçılıq, baranaçılıqfüzulilərin başlıca məşğuliyyətinə çevrildi. Sondövrlər koronavirus adlıkabus dünyanı lərzəyə gətirdi.

Bu dəhşətlikabus qarşısında ən güclü dünyadövlətləri belə sarsıldılar. Ölkələrin başıüstünü epidemiya adlı qara buludaldı. Qısa bir zamandapandemiya həddinə çatanbu xəstəlik təəssüfki, dünyanın bir parçasıolan ölkəmizdən də yan keçmədi. Çətinliklərə, təhlükələrəbaxmayaraq, ölkə başçımız cənabİlham Əliyev, Birinci vitse-prezidentimiz Mehribanxanım Əliyeva verdiklərihər bir qərarda, atdıqları hər biraddımda əhalinin sağlamlığını,təhlükəsizliyini və rifahınıdüşündülər.



"Biz birlikdəgüclüyük!" devizi altındabizləri həqiqətən də biryumruq kimi birləşdirməyibacaran ölkə başçımız gördüyüqabaqlayıcı tədbirlər,vaxtında verdiyi qərarlarsayəsində xalqımızı bu bəladan daxilas etməkdədir.

Biz füzulilərbütün çətin vaxtlarda , təhlükəli dönəmlərdəolduğu kimi, bu dəfə də özdövlətimizə və dövlətbaşçımıza arxalandıq, güvəndik.Gözəgörünməz düşmənə qarşımübarizədə dövlət tərəfindənverilən bütün tapşırıqvə göstərişlərə bütünlükləəməl etdik. Təhlükəsizliyimiz naminətətbiq edilən bütün karantinqaydalarına ciddi şəkildəriayət etdik. Yaşlılara, tənhalara, ehtiyacı olanlara dəstək olduq.Gecə gündüz oyaqqalan,sağlamlığımızın , asayişimizinkeşiyində duran həkimlərimizə, polislərimizəmənəvi cəhətdən dəstəkdurduq.

Budur, artıq bu təhlükədən də - koronavirus bəlasından da xilas olmaqdayıq.

Bizlər birdaha həm görünən, həm də görünməyən düşmənə qarşı mübarizədə gücümüzün birliyimizdəolduğunun şahidi olduq.

Və bir də onunşahidi olduq ki,

xalqa, millətə bağlı olan, vətəndaşın məmnunluğunu, əhalinin rifahını,mənafeyini hər şeydənüstün tutan dövlət başçımızın xəyanətkarlara, məsuliyyətsizlərə qarşı mövqeyihəmişəki kimi sərt və dəyişməzdir.

Ölkə başçımızınapardığı uğurlu kadr islahatlarının əsasınıxalqın malına göz tikən, vəzifə səlahiyyətlərindən suiistifadə edən , dövlətin siyasətinəkölgə salan məmurların qanun qarşısındacavab verməsi təşkiledir.

Bu gün müstəqilAzərbaycan dövlətində hərhansı bir məmurun istənilən formadaxalqa və dövlətə xəyanətibağışlanılmazdır. Ulu Öndər Heydər Əliyevin siyasi yolunalayiq şəkildə, dövlət başçımız cənab İlham Əliyev tərəfindənaparılan uğurlu siyasətin icraçısıolmaq, ölkə rəhbərininçağırışlarına uyğun olaraqxalqa vicdanla xidmət etmək isəhər bir dövlət məmurununborcu və şərəfidir. Füzulilər bu borcuvə şərəfi daşımağıdaim özlərinə fəxr bilirlər. Çünki, füzulilər dövlətimizindiqqətini, qayğısını həmişə yaxındanhiss etmişlər. Məhz bunagörə də düşmənləgöz-gözə yaşamağımıza baxmayaraq rahat yaşamaq və işləmək imkanımızvar.

İndi Füzulidəgözəl bir yazhavası, təravərli, gül-çiçəkqoxulu bahar nəfəsi var. Zəmilərdəki bol məhsul, həyətlərdəki bostan tərəvəz, yaşıl yamaclara yayılan qoyunquzu sürüləri torpağınkəndlidə, çörəyin çörəkçidəolduğunu, füzulilərin isə doğmayurd yerlərində olduqlarınıtəsdiqləyir.

Budur, həvəslə ipəkqurdu bəsləyən kümçü də, məhsulunu həvəslə toplayan kəndli də, çörəyini həvəsləbişirən çörəkçi də iş başındadır.

Çünki bizləriyaşamağa, işləməyə, çalışmağa, tikməyə , qurmağa həvəsləndirənböyük bir inam, sarsılmaz biretibar var. Bu inambiz füzulilərin dövlətçiliyimizə və dövlətimizə olan sarsılmaz etibarımızdır.

Bizlər qəti əminik , əminik ki, tezliklə düşməntapdağında olan yurd yerlərimiz də ölkəbaşçımız cənab İlham Əliyevinapardığı uğurlu siyasət nəticəsində işğaldan azadolunacaq və həmintorpaqlarımızda da Horadizkimi gülüstanlar quracağıq. Əminik ki, bütün füzulilərinruhunu oxşayan, düşmən gözütökən Horadizimizin zəfər halayıolan "Horadiz halayı " tezliklə "Qələbə halayı" na calanacaq. Axıbiz birlikdə güclüyük.


Zülfüqar Əliyev

Rayon Ağsaqqallar

Şurasının sədri,


Tural Nəbiyev

Rayon gənclərinin

nümayəndəsi