25 Sentyabr 2023 18:58
560
DÜNYA

Fulyanı Naxçıvanda görən Ərdoğanın reaksiyası - VİDEO

Xəbər verdiyimiz kimi, sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər.

Adalet.az-ın məlumatına görə jurnalist Fulya Öztürkü Naxçıvanda görən Ərdoğan təəccübünü gizlətməyib.

Türkiyə liderinin "Fulya, haradan gəlmisən bura?" sualına Azərbaycan Prezidenti İlham Əliyev "Fulya bizim qızdır" cavabını verib.