adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Iyul 2019 14:24
93632
MÜSAHİBƏ

Fuad Cəfərli: "Qadın güclü olmasa belə xoşbəxtdir..." - MÜSAHİBƏ

Bu səfərsuallarım gənc müəlliflər arasında öz təmkini və kübarlığı ilə diqqət çəkənFuad Cəfərliyə yönləndi. "Xalq” qəzetinin də əməkdaşı olan Fuad Cəfərli qısamüddət əvvəl oxuculara ilk şeirlər kitabını təqdim etmişdi.

- "Latınsükutu” adlı şeirlər kitabını çap etdin. Kitab necə qarşılandı? Bu kitabdan nəgözləyirdin, nə qazandın?

-"Latın sükutu" kitabını əvvəlcə mənim ədəbi zövqüm maraqla qarşıladı.Çünki bu kitabı 3 il idi ki hazırlayırdım. Əvvəlcə şeirlər ədəbi zövqümə cavabverməliydi. Sözün doğrusu, qeyd elədiyim zaman kəsiyinin yarısından azacıqçoxunu şeirlər aldı. Şeirlərdə toxunulan mövzular istər şairlərin, istərsə dəoxucuların düşüncəsinin təsadüfən kölgəsindən keçsə belə, yanaşma standart, yənimanaton olmamalıydı. Bunun üçünsə istedad və zəhmət tələb olunurdu. Lakinbildiyin kimi hər nəsnənin ismi onun həyatında önəmli rol oynayır. Qeydelədiyim zaman kəsiyinin qalan hissəsini isə kitabın ismi aldı. İstər tanıdığımistərsə də tanımadığım ədəbiyyatçılardan bir başa olmasa da, kənardan xoş münasibət gördüm. Kitab ədəbitənqidlərdən uğurla çıxdı. Mətbuatda kitab haqqında məqalələr yazıldı. Və buməqalələrin çoxu gözləmədiyim ədiblər tərəfindən yazıldı. Kitaba haqqında ciddiimzalardan münasibət gözləyirdim. Gözlədiyimi aldım. Məhdud sayda kitab nəşrolundu və təlabat təklifi üstələdi. Yəni məqsədimə nail oldum.

- "Şairobrazı” deyilən bir anlayış var. Səncə şairin bir obrazı olmalıdırmı?Olmalıdırsa da bunu necə təsəvvür edirsən?

-Açığı bilmirəm nə dərəcədə doğrudur, amma mən obraz sözünü eşidəndə personajsözü yadıma düşür. Axı kim özünü personaj kimi qəbul elətdirər və ya özünü birobrazın çərçivəsinə salar. Əgər belə adamlar varsa, onlara sadəcə azacıqhəyat arzulayıram. Mənə görə şairin heç bir obrazı olmamalıdır. O, istədiyikimi geyinə, istədiyi tonla danışa bilər. Fikir vermişəm şair obrazınıfilimlərdə, teatrlarda rejissor və senarisstlər özünəməxsus göstərməyəçalışmışdır. Və bu da onlarda elədə uğurlu alınmayıb.

- Həyatvə ölüm haqqında düşünəndə ağlından nə keçir?

- Həyat haqqında düşüncələrim fərqli olduğuqədər də oxşardı. Mənə görə həyat qarışqa gücü olduğu qədər elə həminqarışqanın gücsüzlüyüdür. Üfunət qoxusunun kölgəsində bir barama qurdununəslində gözəlliyə xidmət eləməsidir. Ölüm haqqında isə qəbul eləsən də,eləməsən də sənin "Dantenin ağrıları” şeirini bildirərdim. Bilirsən, Ulucay,mənə görə ölüm həm də əkdiyini biçməməkdir. Bax bu çox kədərlidir.

-Şairin həyatdan nə kimi gözləntiləri olabilər?

- Şairlər həyatdan nə umur. Şairlər daha həyatdanheç nə ummur. Küsür, amma ummur. Ummamaq almadığına görə deyil, sadəcəyorulduğuna görədir. Axı onlardan kimsə xahiş eləməyib ki bəşəri mövzuda gözəlşeir yazsın. Sadəcə şair gözəllik ərsəyə gətirmək istəyib və bunu edib.Bilirsən, Ulucay, qiyməti yüksək olan nəsnəni yalnız zənginlər ala bilər.

- Ədəbimühitin indiki durumunu necə qiymətləndirirsənbəs? Kim nə edir? Kim nəyi səhv edir, kim nəyi düz edir?

-İndiki ədəbi durumu mətnlər baxımından yüksək qiymətləndirirəm. Vəzifələrinin öhdəsindənməharlətlə gələnlər var . Hər il az olsa belə ciddi ədəbi numunələr işıq üzügörür. Bir az az danışıb çox işləsək, daha yaxşı olar. Sualın ikincinihissəsinə isə cavab vermək çətindir.

- Oxucuazlığı sadəcə nəşriyyatların "işi” və kitab sənayəsinin yoxluğu ilə əlaqəlidir,yoxsa başqa səbəb də var?

-Oxucu azlığının çox səbəbi var. Biz daha qəbul etməliyik ki, nə biz əvvəlkişairlərik, nə də oxucu əvvəlki oxucudur.Oxucu indi daha dinamikdir, zamanını həyatına görə qiymətləndirir. Oxucu indi bizəyaradıcı şəxs kimi deyil, market və ya butik kimi baxır. Mənimlə çox adamrazılaşmaya bilər, ancaq müşahidələrim bunu deyir. Oxucu az zaman və azmaddiyyat xərcləyərək çox almaq istəyir. Maddiyyatı anlaya bilərəm, ancaq azzamanı anlamıram. Torpağa bir buğda verirsən, o isə sənə qat-qat çox məhsul verir. Fəqət bu geri dönüş müəyyənzaman kəsiyindən sonra baş verir. Yəni oxucu birinci əyləşib əlində kitabgözləməyi bacarmalıdır. Burda kitab sənayesinin yoxluğundan isə danışmaqistəmirəm, çünki bunu hamımız çox yaxşı bilirik. Təklifimi isə bilməkistəyirsənsə, sənayeyə marketoloji yanaşmanı mütləq dəyişmək lazımdır. Bir varbaqqal, bir də var tacir. Bizim kitab sənayemiz 95 faiz "baqqal prinsipi” iləişləyir.

- Sənətin hansı sahələrində poeziya ilə görüşürsən?

- Sənətin bir çox sahəsinin nümayənədlərivasitəsi ilə poeziyayla görüşürəm. Musiqidə Üzeyir Hacıbəyli, Qara Qarayev,Fikrət Əmirov, Emin Sabitoğlu, Strauss, Paqanini, Çaykovski, rəsmdə Modgliyani,Pikasso.

Filmlərdən ən çox isə Cüzeppe Tornatorenninin "Malena”filmində dəhşətə gəlmişəm. Film müharibədən bəhs edir lakin bir güllə beləatılmır, qəhrəman Malenanın isə bir "A4” kağızı qədər sözü yoxdur. Çox gözələdəbiyyat var o filmdə.

- Gəncmüəlliflərdən bəyəndiyin imzalar kimlərdir?

- Gənc müəlliflərdən bəyəndiyim müəlliflərçoxdur. Üzünə demək olmasın, elə biri sən. Mənə görə sənin ədəbi nəfəsin hələindi açılıb. Bu qənaətə son zamanlar yazdığın şeirləri oxuyandan sonra gəldim vəçox sevindim. Cənublu şairimiz Ümid Nəccari çox gözəl yazır. Tural Turan şairkimi istədiyini edib. Yəni təsdiq mərhələsini çoxdan adlayıb.Rəvan Cavid, OrxanHəsəni Emil Rasimoğlu, Emin Pirinin şeirlərini qeyd edərdim. Həm də GünelEyvazovanı, Çinarəni. İtiqam Yaşarı, Nicat Həşimzadə, Nemət Mətin, Fəridə Uğur,Səmayə Bayramova. Tural Mevsim imzası var ki, onun da çox gözəl, postmodern, ilahişeirləri var. Bir də Nəcəf Əsgərzadə kinomatoqrafiyanı gözəl bilir. Bəyəndiyimmüəlliflərdən xatırladığım ismlər bunlardır. Yəqin ki, xatırlamadıqlarım davar.

- Ədəbiprosessdəki durğunluğun səbəbini nədə görürsən?

-Mənə görə ədəbi durğunluq yox, həvəsin zəiflədiyi məqamlardayıq. Çünki bəzidostlar hələ qərar astanasındadılar: sənət sənət üçündür, yoxsa oxucu izdihamı?İkincini seçənlər yumuşaq desək azacıq həvəsdən düşüblər. Birincilər isə ilkgün yaşadıqları həyəcanla yollarına davam edirlər.

- Sonolaraq bir suala da cavab verməyini istəyərdim. Səncə qadın güclüdür, ya ədəbiyyat?

-Bütün qadınlar sonda yazıçı masasında ədəbiyyata çevrilir.

Məncəədəbiyyata çevrilən qadın güclü olmasa belə xoşbəxtdir...


Söhbətləşdi: Ulucay AKİF