adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Noyabr 2022 11:30
787
MARAQLI

Fransanın xilaskarı, Rodez Fatehi - İdris Həşimov

Fransanın erməni sevgisi və Azərbaycana qarşı əks mövqeyi illərdir davam edir. Bunun səbəbini Avropanın Qafqaz siyasəti ilə bağlasalar da mən hesab edirəm bizim Fransada düzgün informasiya işinin qurmamağımız ən böyük səbəblərdən biridir. Azərbaycanlılar Fransada XX əsrin boyunca böyük xidmətlər ediblər. Bunları biz araşdırıb orda düzgün informasiya qursaq fransızların əslində ermənilər yox azərbaycanlılar xilaskarları olub bilərlər. Təkcə bir faktı yazıram, Azərbaycanlı milyonçu Tağıyevin Parisdə mülkü olub, məhşur otellərindən birinin payçısı olub, eyni zamanda Fransanın bütün adlı sanlı restoranlarının menyusunda “Hacı Tağıyevin istehsalı olan kürü” yazılan qablaşdırılmış kürüləri verilib, bu barədə yazacam sonra. Elə Tağıyevin Fransada yerli biznes üçün ayırdığı pullar, orda otel, kürü, biznes imkanları qurmasını yazsaq Fransa cəmiyəti görəcək ki, Azərbaycan və azərbaycanlılar kimdir. Bu gün toxunacağım mövzu Fransanın faşizmin pəncəsindən xidmət edən azərbaycanlı partizan İdris Həşimov barədə yazacam. Düzdü axtardığım mənbələrdə onun harda anadan olması barədə dəqiq məlumatım yoxdur, amma Fransanın arxivlərində onun haqqında yazılan məlumatları sizlərlə təqdim edirəm.

Fransanın müqavimət hərəkatının döyüşçüləri ilə çiyin-çiyinə təxribat əməliyyatlarında, Fransanın şəhər və kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə azərbaycanlılar da iştirak etmişlər ki, onların sayı ermənilərdən qat qat çoxdud. Sovet Ordusunun uğurlarından qorxan faşist komandanlığı və hərbi əsirlərin düşərgələrin ən çətin şəraitində döyüşməyə davam etdiyini anlayaraq düşərgələri cəbhə xəttindən uzağa, Fransanın cənubuna köçürdü. Azərbaycanlı hərbi əsirlər əsasən Rodez şəhərinin düşərgəsində saxlanılırdı.Məhz burada, Rodez rayonunda ilk sovet partizan alayının yaradılmasına başlanıldı.Faşizmə qarşı qorxmaz döyüşçü kimi şöhrət qazanan azərbaycanlı - zabit Mirzəxan Məmmədov düşərgədə olan bütün azərbaycanlıları öz ətrafında birləşdirə bildi və antifaşist təşkilatına rəhbərlik etdi. Nuruş İmamqulu oğlu Mehdiyev, Cəlil Tanrıverdiyev, Məmməd Məmmədov, Xasay Quliyev, Allahverdi Vəliyev, Hüseynrza Məmmədov, Təvəkül Məmmədov, Abbas Hüseynov, Xələf Hacıyev, Xaləddin Hacımuradov, Eyyub Məmmədov, Şahzadə Əbdürəqəşimov, Əhmədiyyə Cəbrayılov və daha yüzlərlə azərbaycanlılar Fransanın faşizmin əlindən alıblar. Larzak, Kursak, Mand, Nim, Rodez şəhərlərin yalnız Azərbaycanlı partizanlar heç bir kömək olmadan azad ediblər. Üstəlik Rodezin azad edilməsi zamanı partizanlar - azərbaycanlılar xüsusi şücaət göstərmişlər.Onlar da Fransanın Nyma, Alessa və s. şəhərlərinin faşistlərdən azad edilməsində iştirak etmişlər.Hamısı da həmin döyüşlərdən sonra komandanlığının əmrləri ilə Fransanın orden və medalları ilə təltif edilmişdir

Bunlar içərisində İdris Həşimovun adı xüsusi hallanır. 5 mart 1944-cü il və İdris Həşimovun adına verilmiş sənəddə yazılır ki, O, Aveyron rayonunun Aret-sol batalyonunda xidmət etdib. Həşimov - Lion, Dijon, Rodez şəhərlərinin azad edilməsində iştira etmiş,Millo, Mend, Lanqonne və s. ərazilərində faşist işğalçıları ilə döyüşlərdə düşmənin onlarla canlı qüvvəsini və texnikasını məhv edib. Buna görə Franda müqavimət hərəkatının komandanlığından 2 xüsusi təşəkkür alıb. Qeyd edim ki, təkcə düşmənlərə savaşmayıb Həşimov, onun yüzlərlə fransız uşaq, qadın və yaşlı insanları düşərgələrdən xilas edilməsi barədə də qeydlər var. Deyilənə görə Fransanın bir çox yerlərində onun xilas etdiyi şəxslər kilsədə onun üçün dualar edirdilər. İdris Həşimov barədə Fransız qeydlərində yazılır ki, onun qəhrəmanlıqları barədə o dövrdə əfsanələr deyilirdi və onu Rodez Fatehi deyə adlandırdılar. Çox heyf ki, nə rus, nə də Azərbaycan arxivlərində onun haqqında başqa məlumatlara rast gəlmək olmur. Amma araşdırmam davam edir.

Hazırda onun nəvəsi Elnurə Həşimova Amerikada yaşayır, əlaqə saxlamışam, onun taleyi haqqında mənə məlumat versə yazının davamını yazacam..

Zaur Əliyev, dosent